dunya
10.04.2018
Tramp: “Suriyadakı vəziyyətlə əlaqədar hərbi variantlarımız çoxdur”

Suriyanın Duma şəhərində həyata keçirilən kimyəvi hücumla bağlı rəsmi Vaşinqtonun hərbi variantları çoxdur
dogruxeber.tv-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.
“Hərbi cəhətdən planlarımız çoxdur. Bu barədə tezliklə xəbər veriləcək”, deyə D.Tramp bildirib.
Onun sözlərinə görə, Duma şəhərində kimyəvi silahdan istifadənin arxasında əslində kimlərin durduğu araşdırılır.


