dunya
10.04.2018, 08:51
İranda zəlzələ olub

İranda 3,6 maqnitudalı zəlzələ olub.
dogruxeber.tv-ın xəbərinə görə, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir.
Yerli vaxtla saat 01:59-da qeydə alınan yeraltı təkanların episentri İsfahan şəhərindən 187 km cənub-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.


