dunya
3.04.2018, 04:46
Salvadorda 5,9 bal gücündə zəlzələ olub

Salvador sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.
dogruxeber.tv-ın xəbərinə görə, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir.
Yerli vaxtla saat 17:23-da qeydə alınan yeraltı təkanların episentri paytaxt San-Salvadordan 84 km cənub-şərqdə, ocağı 80 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.


