dunya
10.04.2018, 09:24
Roma yaxınlığında 4,7 bal gücündə zəlzələ baş verib

İtaliyanın mərkəzi bölgəsində 4,7 bal gücündə zəlzələ baş verib
dogruxeber.tv-ın xəbərinə görə, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir.
Yerli vaxtla saat 05:11-də qeydə alınan yeraltı təkanların episentri paytaxt Romadan 138 km şimalda, ocağı isə 9 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.
Sosial səhifələrdə paylaş


