hadise
10.04.2018, 09:40
Sumqayıtda avtomobil, Göygöldə ev yanıb

Sumqayıt şəhərində “AzSamand” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.
dogruxeber.tv- FHN-in saytına istinadən verdiyi xəbərə görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Göygöl rayonu, Çaykənd kəndində isə ümumi sahəsi 200 m2 olan ikimərtəbəli, 6 otaq və aynabənddən ibarət evin 4 otağının, aynabəndinin yanar konstruksiyaları 150 m2 sahədə və dam örtüyü yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hər iki yanğın yanğın bölmələri tərəfindən söndürülüb.


