dunya
11.04.2018
Rusiya BMT TŞ-də ABŞ-ın Suriyaya dair qətnaməsini bloklayıb

Rusiya BMT Təhlükəsizlik Şurasında ABŞ-ın Suriyada kimyəvi silahdan istifadə hallarının araşdırılmasının yeni mexanizminə dair qətnaməsini bloklayıb.
dogruxeber.tv-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, TŞ-in 12 üzvü sənədi dəstəkləyib, Rusiya (TŞ-in daimi üzvü) və Boliviya əleyhinə səs verib, Çin isə bitərəf qalıb.
Qətnamə layihəsi Suriyada kimyəvi silahdan istifadə hallarının araşdırılması ilə məşğul olan BMT-Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının (KSQT) ekspertlər qrupunun yeni missiya ilə əvəzlənməsini təklif edir.
dogruxeber.tv


