dunya
12.04.2018
Ağ ev: Tramp Suriya ilə bağlı son qərarını verməyib

ABŞ-ın prezidenti Donald Tramp Suriyaya zərbə endirilməsi ilə bağlı hələ ki, son qərar verməyib, müxtəlif variantlar nəzərdən keçirilir.
dogruxeber.tv-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin sözçüsü Sara Sanders bəyan edib.
“Suriyaya zərbənin endirilməsi variantlardan biridir. Prezident hələ ki, son qərar verməyib”, deyə S.Sanders qeyd edib.
O həmçinin ABŞ-ın tərəfdaşları və müttəfiqləri ilə birgə bu məsələ ilə bağlı məsləhətləşmələrin davam etdirildiyini vurğulayıb.


