idman
20.04.2018, 14:23
La Liqanı tərk edən ilk komanda müəyyənləşdi

İspaniya La Liqasını tərk edən ilk komanda bəlli olub.
"Malaqa" növbəti mövsüm elitada çıxış etməyəcək. 33-cü turda "Levante"yə 0:1 hesabı ilə uduzan komandanın turniri sonuncu pillədə başa vuracağı dəqiqləşib.
17 xalı olan "Malaqa"nın yarışın bitməsinə 5 tur qalmış 16-cı pillədə olan "Levante" ilə xal fərqi 17-yə yüksəlib.


