Məmmədyarov: Həmin partiyadan sonra onunla birgə dondurma yedik













Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess” 2018 superturnirinin I turunda Şəhriyar Məmmədyarov (Azərbaycan) dünya çempionu Maqnus Karlsenlə (Norveç) heç-heçə oynayıb.

Partiyadan sonra Məmmədyarov mətbuat konfransında oyun haqqında danışıb:

“Üstünlüyüm yox idi. 3 il əvvəl Şəmkir turnirində də ilk turda Karlsenlə oynamışdım. O vaxt qara fiqurlarla məğlub oldum. Həmin turnirdə çox pis çıxış etmişdim. Səhv etmirəmsə, ümumilikdə 4 oyunu uduzmuşdum. Bu dəfə Maqnus hər zaman olduğu kimi diqqətli idi. Belə rəqiblə görüşdə heç-heçə normal nəticədir”.

Mərhum şahmatçı Vüqar Həşimov haqqında xoş sözlər deyən Şəhriyar Məmmədyarov onunla bağlı xatirəsini bölüşüb:

“Mənim 9 yaşım var idi. 8 yaşlı Vüqarla Şəkidə turnirdə qarşılaşırdıq. Mən şahmata təzə başlamışdım. Həşimov artıq yeniyetmələr arasında Avropa və dünya çempionatının mükafatçısı idi. Yəni məni asanlıqla məğlub edə bilərdi.

Oyundan əvvəl dedi ki, gəl heç-heçə oynayaq. Mən təəccübləndim. Axı bilərəkdən necə heç-heçə etmək olar? Vüqar qayıtdı ki, hansı gedişi oynasam, təkrarla. Başladıq, bütün gedişləri təkrarlayandan sonra gördüm ki, artıq uduzuram.

Bir gedişi də təkrar etsəm, məğlub oluram. Vüqarı kənara çəkərək soruşdum ki, uduzuram. Yəni həmin gedişdən sonra mat edə bilər. Vüqar məni inandırdı. Dedi gedişi təkrarla, səni udmayacağam. Nəticədə partiya heç-heçəylə başa çatdı.

Oyundan sonra atası Qasım müəllim oğlunun qalib gəlmədiyinə görə bərk əsəbləşmişdi. Həmin partiyadan sonra birgə dondurma yedik. Onun haqqında saatlarla danışa bilərəm. Vüqar gözəl dost, güclü şahmatçı idi. O həmişə qəlbimizdədir.”

Norveçli şahmatçı isə ilk turda məğlubiyyət barədə düşünmədiyini bildirib:

“Maraqlı, amma təhlükəli olmayan partiya izlədik. Səhvlərə imkan verilmədi. Məğlub olsaydım, çox məyus olardım. Rəqib ehtiyatlı və diqqətli oynayırdı. Fikrimcə, növbəti turlarda da diqqətli olmaq lazımdır.

Reytinq bizi aldatmalı deyil. Bütün rəqiblər xal qazanmaq istəyir. Ona görə sürpriz etməmək üçün diqqətli olmaq lazımdır”.

Dünya çempionu Azərbaycan şahmatçısı Vüqar Həşimov barədə suala cavabında 2008-ci ildə Bakıda keçirilən FİDE Qran-Pri turnirini xatırlayıb:

"Vüqarın yoxluğu barədə xəbər məni çox sarsıtdı. 2008-ci ildə Bakıda FİDE Qran-Pri turnirində rəqib olmuşuq. Həşimov çətin vəziyyətlərdən məharətlə çıxmağı bacarırdı. Həmin turnirdə Vüqara qarşı üstünlüyüm var idi, amma vəziyyəti ustalıqla dəyişdi. Nəticədə üstün olduğum oyunda heç-heçə qeydə alındı. Yekunda Qran-Pridə Vüqarla I-II yerləri bölüşdürdük. Çox güclü şahmatçı olub. Hətta məğlubiyyət qaçılmaz olduğu partiyalarda nəticəni dəyişirdi"./oxu.az

Səbuhi TOFİQOĞLU

Son xəbərlər

Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Sürücülərin DİQQƏTİNƏ - Yay aylarında avtomobillərdə bunları etmək mütləqdir

İrandan İordaniyaya 12 ballistik raket hücumu

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bütün xəbərlər