hadise
21.04.2018, 04:37
Bakının Suraxanı rayonunda yanğın olub

Bakıda yanğın hadisəsi qeydə alınıb.
dogruxeber.tv-n Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 64 m² olan ikimərtəbəli tikilinin yanar konstruksiyaları və əşyaları 44 m² sahədə yanıb.
Tikilinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


