dunya
21.04.2018, 05:19
Suriyada Rusiya telekanalının müxbiri güllələnib

Dəməşqdə Çeçenistanın “Qroznı” telekanalının ştatdan-kənar müxbiri həlak olub.
Bu barədə Çeçenistan lideri Ramzan Kadırov öz “VKontakte” səhifəsində məlumat paylaşıb.
“Dəməşqdən acı xəbər gəldi. Cümə namazından əvvəl Dəməşqdə dəqiq atəşlə “Qroznı” teleradio şirkətinin Suriyadakı ştatdan-kənar müxbiri, Suriya vətəndaşı İhab Balan qətlə yetirilib”, - deyə Kadırov yazır/oxu.az


