dunya
23.04.2018
G7 ölkələri Rusiyaya qarşı sanksiya siyasətini davam etdirməyə qərara alıblar

Böyük yeddilik” (G7) ölkələri Kremlin Ukraynaya dair atdığı addımlarına görə Rusiyaya qarşı sanksiya siyasəti yürütməkdə davam etdirəcəklər.
dogruxeber.tv ın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Kanada XİN-in məlumatında deyilir.
“G7 ölkələrinin XİN rəhbərləri qaydalara, o cümlədən ərazi bütövlüyünə əsaslanan mövcud dünya quruluşuna hörmətlə yanaşıldığını bir daha təsdiqləyiblər. Ukraynada həyata keçirdiyi qəbuledilməz addımlarına görə Rusiyaya qarşı tətbiq edilən sanksiya siyasəti davam etdiriləcək”, - deyə bəyanatda deyilir.
Qeyd edək ki, bundan əvvəl Almaniya XİN rəhbəri Hayko Maas da Rusiyaya təzyiqin artırılmasının vacibliyini qeyd etmişdi.


