Kəndliləri təhqir edən Laləni hansı cəza gözləyir?













Media məsələləri üzrə ekspert, hüquqşünas Ələsgər Əhmədoğlu metropoliten rəsmisinin kənd camaatı ilə bağlı qalmaqallı paylaşımına hüquqi baxımdan şərh verib. Ə. Əhmədoğlu sosial şəbəkədə bildirib ki, əslində məsələ bəsit deyil: “Bəlli bir sosial qrupu ayrıseçkiliyə məruz qoymaq, onları toplumda əlverişsiz vəziyyətə gətirmək yaxud bunu təşviq etmək hüquqi baxımdan yolverilməzdir və nifrət nitqi hesab olunur.

Ayrıseçkilik sadəcə milli, irqi, etnik, dini aspektdə qarşımıza çıxmır, sosial, mədəni aspektdə də qarşımıza çıxır. Bu səbəblə, Cinayət Məcəlləsinin 283.1-ci maddəsinə görə bu cinayət hesab olunur.

Məcəllədə deyilir ki, milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar sürətdə, o cümlədən kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə-səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Onun sözlərinə görə, insanları sosial qrup fərqinə görə (şəhərli-kəndli, yaxud kəndçi, yerli-qaçqın, köçkün) ayıraraq, onların hüquqlarını istifadə etməyə məhdudiyyət təklif etmək, (gedin kəndinizə metro rahatlasın, yaxud “pik saatda” kəndçilər kəndində olsa problem yaranmaz və s. kimi) yaxud üstünlüklər müəyyən etmək (kəndçilər olmasa şəhərlilər şəhəri təmiz saxlayardı, metro təmiz qalardı və s. kimi) qadağandır və bunların kütləvi informasiya vasitəsi ilə edilməsi (facebook KİV haqqında qanunun 3-cü madəsnə görə KİV hesab edilir) suçdur:

“Bu tip ifadələrə yol verməyin, bunu etməyin! Ayrıseçkilik olan ifadələrin feysbukda (o cümlədən digər sosial mediada) yayılması prokurorluğun cinayət işi başlamasına əsasdır. Bunu da Cinayət Prosessual Məcəllə deyir”.

Qeyd edək ki, “Bakı Metropoliteni” QSC-nin Marketinq və Reklam şöbəsinin müdiri Lalə Babayeva sosial şəbəkədə kəndliləri təhqir etmişdi.

Oxunub: 845

Son xəbərlər

Günün qoroskopu: Düşüncələriniz dəyişir

BEA: Dünya enerji xəritəsi yenidən formalaşdırıla bilər

“İran təslim olmayacaq”

Azərbaycan Kuboku: Bu gün ilk finalçı bəlli olacaq

Pirallahıda piyadanın vurulması ölümlə nəticələnib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Azərbaycan bank sektorunun uğurları və riskləri

Yağışlı Bakının tıxaclı yolları – SİYAHI

Məğlub oldu deyə rəqibinə şillə vurdu

Türkiyədə DEAŞ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat: 90 şübhəli saxlanıldı

Bakıda 100 min bina söküləcək? – RƏSMİ

70 kq qızılla saxlanılan polkovnik-leytenantın – 7 il həbsi tələb edildi

Qərb ölkələri üçün yeni təhlükə: "İsgəndər-K" raket sistemləri

Bazeyan: “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq”

Fuad Nəcəfli Baş Prokurorluqda dindirildi

"Sabah" - "Qarabağ" matçının hakimləri bəlli oldu

Oğuzda qanunsuz ağac kəsən 3 nəfər saxlanılıb

“Leops” və Kapital Bank əməkdaşlığı: 8.3 milyon AZN investisiya

İş yerini dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

R.Rzayev saxlanıldı: gecə saatlarında “Range Rover”lə

Abituriyentlərin ən çox müraciət etdiyi ixtisas qrupu açıqlandı

Məşhur şadlıq evində GÜCLÜ YANĞIN

Qəzzada hakimiyyət təhvil verilir

Bağça müəllimləri sertifikasiyadan nə vaxt keçəcək? – AÇIQLAMA

Sumqayıtda futbol meydançasında faciə – 23 yaşlı oğlan həyatını itirdi

Erməni siyasətçidən təklif: “Ermənistanın prezidenti din xadimi olsun”

Daşkəsəndə qəza oldu

Lənkəran səhiyyəsində şübhəli tender

ABŞ səfiri Türkiyədə qalmaqala səbəb oldu

Bu günün valyuta məzənnələri

Bütün xəbərlər