Paşinyanın Qarabağ barədə BBC-yə dedikləri: “Dialoq yolu ilə həll edilməlidir, amma …”







Ötən gün Ermənistan müxalifətinin lideri Nikol Paşinyan Rusiya Dövlət Duması nümayəndə heyəti ilə görüşüb və onları əmin edib ki, Ermənistan müxalifəti heç də Rusiya ilə münasibətlərini yenidən nəzərdən keçirmək niyyətində deyil. “Rusiyaya qarşı geosiyasi qəsd yoxdur, geosiyasi geriyə dönüş olmayacaq və Ermənistan-Rusiya münasibətlərini təhlükə altına qoyan heç bir şey yoxdur”, – o deyib.

Həmin görüşdən sonra Nikol Paşinyan BBC-nin bir neçə sualına cavab verib.

RUSİYA DEPUTATLARI İLƏ GÖRÜŞ HAQQINDA

“Sadəcə, Ermənistan-Rusiya münasibətlərinə dair fikir mübadiləsi aparılıb. Mən Ermənistan-Rusiya münasibətləri situasiyasında gələcək üçün nöqteyi-nəzərimizi təqdim etdim və biz dedik ki, hazırda baş verən siyasi prosesdə heç bir geosiyasi kontekst və geosiyasi qəsd yoxdur”.

RUSİYA İLƏ MÜNASİBƏTLƏR HAQQINDA

“Biz nə isə dəyişmək istəyiriksə [Rusiya ilə münasibətlərdə], bunu biz müsbət mənada dəyişmək istəyirik.

Biz, ümumiyyətlə, hesab edirik ki, geosiyasi reverslər (geriyə dönüş- red.) istənilən ölkə üçün təhlükəlidir və biz Ermənistanın bu gün istər Avrasiya İqtisadi İttifaqı istiqamətində, istərsə də KTMT (Kütləvi Təhlükəsizlik Müqaviləsi Təşkilatı) istiqamətində öhdəliklərini yerinə yetirmək niyyətindəyik. Lakin bu, o demək deyil ki, burada müzakirə və həll ediləsi heç bir problem olmadığını düşünürük.

Biz bütün bu problemləri rusiyalı tərəfdaşlarımızla müzakirə etməyə hazırlaşırıq və əminik ki, bu məsələlərin hamısına dair ümumi fikrə gələ bilərik”.

AVROPA İTTİFAQI İLƏ MÜNASİBƏTLƏR HAQQINDA

“Avropa İttifaqı ilə münasibətlərə dair də imzalanıb ratifikasiya edilmiş müqaviləmiz var, biz bu müqaviləni də gerçəkləşdirmək qərarındayıq.

Düşünmürəm ki, Ermənistanın Avropa İttifaqı ilə yaxınlığı hər hansı şəkildə ölkənin təhlükəsizliyinə xətər gətirə bilər. Biz həm Rusiya, həm Avrasiya, həm KTMT, həm Avropa İttifaqı, həm Birləşmiş Ştatlar, həm İran və Gürcüstanla, ümumiyyətlə, bütün tərəfdaşlarımızla münasibətləri daha da yaxşılaşdırmaq və dərinləşdirmək qərarındayıq. Lakin biz bunu belə təsəvvür edirik: bunlardan heç biri o birisinin hesabına baş verməməlidir. Ən başlıcası budur, çünki Ermənistan beynəlxalq ailə üzvüdür və biz özümüzü bu ailənin ləyaqətli suveren üzvü kimi aparmalıyıq”.

AZƏRBAYCANA SİLAH SATIŞI HAQQINDA

“Bu, həmişə müzakirə olunmuş və müzakirə olunan problemdir və mən ümid edirəm ki, bu məsələ üzrə də rusiyalı həmkarlarımızla yaxşı və səmərəli mükalimə olar, çünki Rusiyada da bu məsələnin ciddiliyini anlayırlar və onlar da, fikrimcə, bu mövzuda dialoqa hazırdırlar”.

ERMƏNİSTANIN RUSİYADAN ASILILIĞI HAQQINDA

“Hesab edirəm ki, Ermənistan müstəqil ölkədir və görürük ki, Rusiya Ermənistanın daxili işlərinə, o cümlədən, iqtisadi işlərinə müdaxilə etmir və Ermənistan iqtisadiyyatının inkişafı məsələsini biz özümüz həll etməliyik.



Əminəm ki, nə Rusiya, nə də ümumiyyətlə, hər hansı başqa bir ölkə Ermənistan iqtisadiyyatının inkişafına maneçilik törədir. Bu, bizim öz işimizdir. Bu sahədə problemimiz varsa, onu biz özümüz yaratmışıq. Başqa heç kəs.

Bu gün məni Qərb mətbuatında qərbmeyilli siyasətçi kimi təqdim edirlər. Dəfələrlə demişəm ki, mən nə qərbmeyilili, nə rusiyameyilli, nə amerikameyilli siyasətçiyəm – mən ermənimeyilli siyasətçiyəm…

Avrasiya İqtisadi İttifaqına gəldikdə, bəli, mən Ermənistanın [bu təşkilata] daxil olmasına qarşı olmuşam, lakin indi Ermənistan Avrasiya İqtisadi Əməkdaşlıq İttifaqının (AİƏİ) üzvüdür və bu bir faktdır. Və hər bir siyasətçi, gərək bu faktla hesablaşsın.

Həmişə demişəm ki, geosiyasi və xarici siyasət sahəsində hər hansı kəskin hərəkət son dərəcə düşüncəsizlikdir, xüsusilə də beynəlxalq və regional vəziyyəti nəzərə alaraq”.

RUSİYA DEPUTATLARI İLƏ GÖRÜŞDƏN TƏƏSSÜRAT HAQQINDA

“Rusiya heç vaxt Ermənistanın daxili işlərinə müdaxilə etməyib və heç vaxt etməyəcək.

Əlbəttə, biz AİƏİ, KTMT və s. çərçivələrində Ermənistan-Rusiya münasibətlərinin gündəliyini hələ çox müzakirə edəcəyik. Bu, əməli dialoq olacaq. Ümid edirəm ki, biz Rusiya ilə münasibətlərdə tərəqqiyə nail ola bilərik.

Rusiyalı həmkarlara dedim, hesab etmirəm ki, burada heç bir problem yoxdur, bu problemləri biz müzakirə edəcəyik. Mən deyirəm revers olmayacaq. Bu prosesdə heç bir geosiyasi qəsd və heç bir geosiyasi kontekst yoxdur. Bu proses, bizim hərəkatımız – sırf daxili Ermənistan prosesidir, bununla heç bir xarici qüvvənin əlaqəsi yoxdur, buna zamin oluram. Və bu aydındır, bunu görməmək mümkün deyil”.

BAŞQA ÖLKƏ SƏFİRLƏRİ İLƏ GÖRÜŞ HAQQINDA

“Həm Avropa İttifaqı, həm ABŞ səfirləri ilə görüşdüm və bizim aramızda əməli dialoq baş tutdu.Onların mövqeyi də Rusiyanın mövqeyi kimidir: heç kəs Ermənistanın daxili işlərinə qarışmır”.

QARABAĞ HAQQINDA

“Qarabağ məsələsi dialoq vasitəsilə həll olunmalıdır. Siz bilirsiniz ki, Azərbaycan çox illər ərzində özünü çox aqressiv aparır və bu hal danışıq üçün mənfi fon yaradır. Biz hər gün Azərbaycandan eşidəndə ki, Ermənistana qarşı müharibəyə başlamağa hazırlaşırıq, Yerevanı zəbt etməyə hazırlaşırıq – belə olan halda əməli dialoq mükündürmü?

İndi elə təsəvvür yaranır ki, Azərbaycanın məqsədi Ermənistanın və Dağlıq Qarabağın kapitulyasiyasıdır. Bu ki cəfəngiyyatdır, bu ki qeyri-konstruktivdir. Və mən düşünürəm ki, ilk növbədə dialoq, danışıqlar üçün müvafiq atmosfer yaratmaq lazımdır. Biz hesab edirik ki, bunu mütləq etmək lazımdır. Həm Ermənistan, həm, ümumiyyətlə, dünya birliyi bununla bağlı müəyyən nəticələr çıxarmalıdırlar. Bir halda ki, onların məqsədi Ermənistanı məhv etməkdir və onlar başqa heç nədən danışmaq, heç nə eşitmək istəmirlər. İlham Əliyev öz son bəyanatlarında Yerevana daxil olmaq planlarından danışır.

Ermənistan həmişə dialoqa meyilli olub və həmişə Ermənistanın hər bir hakimiyyəti hesab edib ki, Dağlıq Qarabağ məsələsi dialoq vasitəsilə həll olunmalıdır və biz kiminsə bu məsələni güc tətbiqiylə çözmək qərarında olduğu qənaətinə gəlməyə əsas verən ritorikanı istisna etməliyik.

Belə şey olmamalıdır. XXI əsrdir, biz mədəni ölkələrik, hər halda Ermənistan… Ümidvaram, siz bunu son 20 ildə görmüsünüz.

Lakin bu, o demək deyil ki, mədənilik zəiflik kimi yozulmalıdır. Azərbaycan tərəfindən Dağlıq Qarabağda hər hansı təxribat törədilsə, biz bütün daxili siyasi problemlərimizi bir yana qoyub, yalnız vətənimizin müdafiəsi ilə məşğul olarıq”.



* * *11:14

Ermənistanda “Mənim addımım” etiraz hərəkatının lideri, sabah parlamentdə baş nazir postuna seçiləcəyi gözlənilən Nikol Paşinyan son hadisələr ərzində ilk dəfə Qarabağa dair mövqeyinin nədən ibarət olduğunu açıqlayıb. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Nikol Paşinyan əvvəlcə Azərbaycanı danışıqlarda “konstruktiv məcraya qayıtmağa məcbur etməyin vacibliyini” vurğulayıb.

Paşinyan əmindir ki, Bakıda tez-tez “İrəvanın qaytarılması” haqda bəyanatların səsləndiyi bir vaxtda effektiv danışıqlar aparmaq mümkün deyil.

“Azərbaycan qeyri-konstruktiv, aqressiv mövqe nümayiş etdirir. Bizim vəzifəmiz ordunu möhkəmləndirmək, döyüş hazırlığını artımaqdır. Bu Azərbaycanı konstruktiv məcraya qaytarmağın yoludur”-Paşinyan parlamentdə jurnalistlərə bildirib.

Nikol əlavə edib ki, Ermənistanın təhlükəsizliyi onun üçün prioritetdir. Onun fikrincə Ermənistanda baş verən son hadisələr ordunun və xalqın döyüş ruhunu yüksəldib. “Biz Qarabağı tam dəstəkləyirik və baş nazir seçiləcəyim təqdidə ilk addımım təmas xəttində operativ vəziyyətlə tanış olmaqdan ibarət olacaq”-Paşinyan deyib.

Nikol Paşinyana görə Minsk Qrupunun həmsədrləri də Bakının “aqressiv ritorikasını dayandırmaq və onu danışıqlar çərçivəsinə qaytarmaq” üçün səylər göstərməlidir. Orduda kadr məsələlərinə gəldikdə isə Paşinyan bu haqda ancaq müvafiq səlahiyyətlər alandan sonra danışa biləcəyini bildirib. O, müdafiə nazirinin dəyişdirilməsinin mümkünlüyünə dair suala cavab verməyib.

Paşinyanın bu bəyanatları göstərir ki, Ermənistandakı hakimiyyət dəyişikliyindən Qarabağ münaqişəsinin nizamlanması baxımından müsbət nəsə gözləməyə dəyməz. Hansı ki, Paşinyan məhz Qarabağ münaqişəsinin həll edilməməsindən yaranan ağır sosial-iqtisadi situasiya sayəsində Serj Sərkisyanı devirib və hakimiyyətə gəlmək üzrədir.

Bu arada Ermənistan prezidenti Armen Sərkisyan ümid edir ki, onun ölkəsindəki mürəkkəb siyasi vəziyyət dövründə Qarabağda “təxribatlar olmayacaq”.

“Mən bu mürəkkəb dövrdə heç bir təxribat, Dağlıq Qarabağda münaqişənin alovlanmaması üçün hamını, hansı ki, bu dünyada heç kimin qarantiyası yoxdur, təmkinli olmağa çağırıram”-Sərkisyan Belarus KİV-lərinə bildirib. Ermənistan prezidenti deyib ki, indi Qarabağda müharibənin vaxtı deyil.



Paşinyanın Qarabağ barədə BBC-yə dedikləri: “Dialoq yolu ilə həll edilməlidir, amma …”



Paşinyanın Qarabağ barədə BBC-yə dedikləri: “Dialoq yolu ilə həll edilməlidir, amma …”

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər