İbrahimbəyov Mehriban Əliyevaya təşəkkür etdi













Tanınmış kinorejissor Rüstəm İbrahimbəyov uzun fasilədən sonra mətbuata açıqlama verib. ” dogruxeber.tv ” xəbər verir ki, o, Modern.az-a bəzi məsələlərlə bağlı danışıb.

Bir vaxtlar siyasi meydana qatılsa da, indi siyasətdən tamam uzaq olduğunu bildirib:

“Hazırda teatr səhnəsi üçün tamaşalar yazıram. Yaradıcı işlərimdən zövq aldığımı deyə bilərəm. Artıq siyasətdə də yoxam. 2013-cü ildə siyasətə qatılmağım bir təsadüf idi. Həmin ildə siyasətə qatılmağımla bağlı təəssüfedici məqamlar da var. Mənim siyasətə qatılmağım müxalifəti birləşdirmək missiyası daşıyırdı. Təəssüf ki, müxalifət heç zaman birləşə bilmədi. Amma 2013-cü ildə siyasətə qatılmaqla Cəmil Həsənli kimi dəyərli bir insanı tanıdım Bu gün də əlaqələrimiz var”.
Kinorejissor ziyalı kəsimlə də bağlı fikirlərini bölüşüb:

“Azərbaycanda ziyalı kəslər kifayət qədərdir. Ziyalılıq isə ziyalı təbəqə kimi sıradan çıxıb. Ona görə də Azərbaycan ziyalılarına müraciət edərək deyirəm ki, aktiv olsunlar! İctimai siyasətə yox, ictimai həyata açıq olsunlar”.

Rüstəm İbrahimbəyov mərhum qardaşı Maqsud İbrahimbəyovun bu yaxınlarda olmuş Yaradıcılıq Mərkəzinin açılışından da söz açıb.

“Qardaşım Maqsud İbrahimbəyovun Yaradıcılıq Mərkəzinin açılış mərasiminin keçirilməsinə çox şad oldum. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da açılışda iştirak etmişdi. Ümumiyyətlə, onların hər birinə təşəkkür edirəm ki, Maqsudla mənim baba ocağımı diqqətdən kənar qoymadılar. Bu, həm də Maqsudun dünya şöhrətli yazıçı olmasından irəli gəlir ki, dünyasını dəyişsə də, onunla bağlı xatirələr unudulmadı. Bundan sonra həmin binada Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi fəaliyyət göstərəcək”.

O, Bakı üçün darıxdığını da dilə gətirib:

“Vətənim üçün çox darıxıram. Yalnız bir dəfə Bakıya gəlmək qismət oldu. O da qardaşım dünyasını dəyişəndə… Sadəcə, indi vətənim üçün darıxsam da, gəlməyə o qədər də marağım yoxdur”.

Qeyd edək ki, tanınmış kinorejissor 2013-cü ilin prezident seçkiləri öncəsi aktiv siyasətə qoşulsa da, sonradan geri çəkildi.

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər