DSK-lara oktyabrda seçkiyə hazırlaşmaq tapşırığı













Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi barədə söhbətlər bitmək bilmir.

“Azərbaycanda növbəti parlament seçkiləri 2020-ci ildə keçiriləcək”.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov bildirib ki, mediada bu barədə tez-tez xəbərlər yayılsa da növbədənkənar parlament seçkilərinin keçiriləcəyi barədə onda məlumat yoxdur: “Mən belə bir şey bilmirəm. Məlum olduğu kimi, Azərbaycanda növbəti parlament seçkiləri 2020-ci ildə keçiriləcək”.

Əli Əhmədovun kifayət qədər məlumatlı adam olması bəllidir. Lakin nəzərə alsaq ki, növbədənkənar seçkilər qərarını Əli Əhmədov yox, ölkənin birinci şəxsi verir, belə bir qərarın qəfildən verilməyəcəyini, hər halda, hətta Əli Əhmədov da qəti şəkildə deyə bilməz. 11 aprelə növbədənkənar prezident seçkisinin təyin edilməsi təcrübəsi bunu bir daha təsdiq eləyir. Növbədənkənar prezident seçkilərinə gediləcəyinin gözlənildiyi barədə bir sıra siyasətçilər açıqlamalar verdiyi zamanlarda da YAP-ın rəhbərliyinə daxil olan bəzi şəxslər təkzib edirdilər, belə şeyin gözlənilmədiyini deyirdilər. İndi də az qala hər gün məlumatlar yayılır ki, növbədənkənar parlament seçkiləri qərarının verilməsi gözlənilir. Hətta dünən redaksiyamıza belə bir məlumat daxil olub ki, Sumqayıtdakı dairə seçki komissiyalarına “oktyabr ayına deputat seçkilərinə hazırlaşın” tapşırığı verilib. Belə bir tapşırığın digər DSK-lara da verildiyi istisna deyil.

Növbədənkənar prezident seçkilərinin keçiriləcəyini təxminən bir il öncədən proqnozlaşdıran siyasətçilərdən biri olan VİP sədri Əli Əliyev hesab edir ki, növbədənkənar parlament seçkilərinə gedilməsi də istisna deyil: “Son illərin təcrübəsi göstərir ki, Yeni Azərbaycan Partiyası rəhbərliyinin əsas siyasi proseslərdən xəbəri olmur. Elə son prezident seçkiləri ilə bağlı da Siyavuş Novruzov ”olmayacaq” fikrini işlətmişdi. Mənim yerlərdən aldığım məlumata görə, payızda növbədənkənar parlament seçkiləri keçiriləcək. Çünki bunun başqa əlamətlərini də görürəm. İlk əlamət prezidentin təyinatlar zamanı deputat korpusundan səxavətlə istifadə etməsidir. Seçkidən sonra 4 deputat icra işlərinə, hökumətin tərkibinə cəlb edilib.

Təbii yolla boşalan kreslolar var. Ən vacib səbəblərdən biri parlament kontingentinin hökumətin tərkibinə uyğunsuzluğudur. Bilindiyi kimi, oliqarxların cavabdehlik daşıdığı deputatlar vardır. Bir sıra oliqarxların vurulduqdan, digərlərinin zəif hala gətirilməsi qərarından sonra, tərkibi dəyişmək labüddür. Həm də daxili çəkişmələrdəki real vəziyyət hökumətə yansıdıqdan sonra parlamentin də real siyasi dəngəyə uyğunlaşdırılması zərurətə çevrilib. Odur ki, seçkilərin payızda keçirilməsi ehtimalı çox yüksəkdir.

Növbədənkənar prezident seçkiləri bir daha göstərdi ki, məqsədəuyğunluğu olduqda belə seçkilər keçirilə bilər. İnkişaf etmiş dövlətlərdə də bu praktika tətbiq edilir. Məsələn, Türkiyə hazırda növbədənkənar prezident seçkilərinə gedir. Başqa dövlətlərdə də buna bənzər addımlar atılır”. (Musavat.com)


DSK-lara oktyabrda seçkiyə hazırlaşmaq tapşırığı

DSK-lara oktyabrda seçkiyə hazırlaşmaq tapşırığı

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər