Aslan İsmayılov icra başçısını təhqir etdi: “Ailəsinə sahib durmağa ağlı çatmayan…”













Xeyli vaxtdır aqressiv davranışları ilə diqqəti çəkən, “Facebook” səhifəsi üzərindən konkret şəxsləri hədəfə götürən, əksər hallarda təhqir dilindən istifadə edən hüquqşünas Aslan İsmayılov, bu gün, əminliklə demək olar ki, əndazəni aşaraq, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizova yolverilməz, əxlaqdan kənar üsulla hücum edib.

A.İsmayılovun təhrikçi, hədə və təhqir dolu açıqlamaları, “Facebook” statusları adi hal alıb. Bu hallar o dərəcədə adiləşib ki, artıq onun hücum etdiyi şəxslərin əksəriyyəti heç reaksiya belə vermirlər. Görünür biraz da bu səbəbdəndir ki, Aslan İsmayılov bir qədər də irəli gedərək artıq qırmızı cizgini də tapdamağa, Eldar Əzizova ailə üzərindən hücum etməyə başlayıb.

A.İsmayılovun bugünkü “Facebook” statusundan oxuyuruq: “Təxminən 3-4 ay bundan əvvəl Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva şəhərin mərkəz hissəsində geniş zeytunluq bağı salmaq üçün boş sahə istəyir. Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov onun ərazisində bunun üçün ideal yer olduğunu deyib, saldığım parkın ərazisini nişan verir. L.Əliyevanın tapşırığı ilə bir nəfər gənc adam həmin əraziyə gəlir və orada əkilən Xan Çinarlarını görüb, təəccüblə bildirir ki, axı burada ağaclar əkilib. Ona israrla bu ərazinin onlar üçün ayrıldığını bildirib əlavə edirlər ki, bu ağacları hakimiyyətin düşməni Aslan İsmayılov əkib. Həmin insan kimin əkməsindən asılı olmayaraq bu gözəlliyə əl vurmaq olmaz deyib həmin ərazini tərk edir. Bildiyim qədər Leyla Əliyevaya məruzə edildikdən sonra həmin əraziyə bir daha gəlmirlər. İndi təsəvvür edirsinizmi, əraziyə gələn gənc oğlan Eldar Əzizov xislətli olsa, oradakı ağaclar barədə heç kimə heç nə deməsə, nələr baş verərdi? Öz ailəsinə sahib durmağa ağlı çatmayan birisinin hiyləgərlikdə hansı bacarığının olduğunu gördünüzmü?”

eldar-ezizov_yeni1

Bu qədər açıq təhqirdən sonra hüquqşünas əlavə edir: “Ola bilsin son cümləyə görə sonra peşman olacam, çünki həyatım boyu istənilən halda ailə söhbətindən istifadənin əleyhinə olmuşam. Parka qulluq edən bağbanın sığındığı budkanın ərazidən götürülməsinə, parkın Səbail İcra Hakimiyyəti tərəfindən salınması kimi həyasız bəyanata sussam da, sonuncu addıma susa bilmədim”.

Göründüyü kimi, sonuncu fikirləri ilə A.İsmayılov özü də etiraf edir ki, əndazəni aşır – qarşı tərəfə əxlaqa zidd üsulla hücum edir.

Bəs bu adamı belə hərəkətlərə vadar edən nədir? Cəzasızlıq, psixoloji nasazlıq, yoxsa nə? Bu suala cavab vermək çətindir… (azpolitika.info)


Aslan İsmayılov icra başçısını təhqir etdi: “Ailəsinə sahib durmağa ağlı çatmayan…”

Son xəbərlər

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Bütün xəbərlər