“Qoca” ilə birgə qaçan məhbus haqda qərar verildi
















Bu gün Nəsimi Rayon Məhkəməsində Bakıda qatardan qaçan məhbus Əli Ağaminin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

Report.az xəbər verir ki, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin edilib.

Qərara əsasən, Ə.Ağaminin həbs müddəti daha 3 ay artırılıb.

Qeyd edək ki, qəsdən adam öldürmədə təqsirləndirilən Ə.Ağaminin cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılırdı. Dövlət ittihamçısı onun 19 il müddətə azadlıqdan məhrum edilməsini istəmişdi.

Ə.Ağami və digər məhbus, “Qoca” ləqəbli Etibar Məmmədov oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Ötən il oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında E.Məmmədovla Ə.Ağami qatardan düşürülən zaman qaçıblar. Bir müddət sonra Ə.Ağami Şirvanda həbs edilib. E.Məmmədov isə əməliyyat zamanı öldürülüb.

Nəsimi Rayon Məhkəməsi Ə.Ağaminin barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçmişdi.

Xatırladaq ki, 28 yaşlı Ə.Ağami 2015-ci ilin noyabrında Şirvan şəhərində 2 nəfərin xuliqanlıq zəminində qətlə yetirilməsi cinayətindən sonra həbs edilib. Belə ki, Şirvan şəhər sakinləri Elvin Nəciyev və Zaur Sarıbalayevin qətlə yetirilmələri ilə əlaqədar tutulan 5 nəfərdən biri də Ə.Ağamidir. Qətlə yetirilən E.Nəciyev kriminal aləmdə “Krıtıy Elvin” adı ilə tanınıb.

Hazırda Ə.Ağaminin qaçmasına görə açılmış cinayət işi üzrə istintaq davam etdirilir.

Sabunçu Rayon Məhkəməsinin inzibati binasında, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimlər kollegiyası Ə.Ağami və digərlərinə hökm oxuyub. Məhkəmənin hökmü ilə Ə.Ağami 19 il, Məhəmməd Heydərov (“Maqa Hacıqabullu”), Tahir Məlikov (“Marojna”) və Əfsər İbrahimovun hər biri isə 18 il müddətinə azadlıqdan məhrum edilib

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər