Bakıda sağlığında özünə dəbdəbəli məzar qazdıranların sayı artır







Sağ ikən özlərinə məzar qazdıranların sayı getdikcə artır. Belə hallara paytaxtın əksər qəbiristanlıqlarında rast gəlmək mümkündür. “Azinforum.az ” dan virtualaz.org-a verilən məlumata görə, ictimayət bu məsələyə birmənalı yanaşmır.

Məhəmməd Zuftarov (sakin): “Ölməzdən öncə qəbir düzəltdirməyə normal baxmıram. Bu düzgün deyil”.

Fərrux Əmirov (sakin): “Kiminsə pulu var, eləyir. Yaxınının, qohumlarının pulu olmaya bilər, əvvəlcədən eləyir. Yaxşı bir şeydir əslində”.

Ceyhun Abışov (sakin): “Bir nəfər ölməzdən öncə özünə kəfən ala bilər. Amma qəbir daşıdır, bu kimi şeylərə mən düzgün baxmıram”.

Yasamal qəbiristanlığında dəbdəbəli görünüşü olan qəbirin sahibi də diri ikən özünə məzar qazdıranlardandır. Baş daşına doğum tarixini, yəni 1934-cü il yazdıran qadın ölüm tarixinin yerini boş saxlayıb. Ondan 5-10 metr kənarda daha bir məzar sahibinin yolunu gözləyir. Lakin diqqət çəkməmək üçün məzar parçayla örtülüb. Görəsən, belə hallar şəriətdə necə qəbul olunur?

Hacı Ağasəid Yaqubov (QMİ-nin əməkdaşı): “İnsanların ölümlərindən əvvəl hər hansı bir yerdə yer seşmələri qəbul olunmur. Təbii ki, bu bir neçə insan tərəfindən həyata keçirilir, digərləri də buna təşviq olunur. Amma İslam baxımından bu bir adət deyil. İnsanların öz adətidir bu”.

Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı bildirdi ki, diri ikən insanın özünə torpaq götürüb qəbir qazdırması şəriətdə ona görə haram sayılır ki, insanın harada ölüb, harada dəfn edildiyini əvvəldən müəyyən etmək mümkün deyil. Digər tərəfdən isə, insan yalnız dünyasını dəyişəndən sonra onun adına yer götürülə bilər. Çünki insan haqq dünyasına qovuşduqdan sonra onun torpaqda dəfn edilməyə haqqı çatır. Bildirir ki, diri insanın özünə qəbir qazdırmasını dəfn və kəfən pulları ilə qarışıq salmaq olmaz. Çünki şəriətdə bu, qəbul edilir və buyrulur ki, belə xərclər ölən şəxsin öz mirasından ayrılmalıdır.



Paytaxtda dəbdəbəli qəbirlər də az deyil…

Ekspertlər deyir ki, təcrübədə belə məzarları yalnız tarixi şəxsiyyətlər üçün ucaldırdılar. Bunu sıravi insanlara şamil etmək isə doğru deyil.

Aydınxan Əbilov (kulturoloq): “Azərbaycanda qəbirlərlə bağlı çox böyük problemlərimiz var. Heç bir tarixi dəyəri olmayan şəxsiyyətlər üçün övladları mavzoleylər tikirlər. Bəlkə də bu övladlar onlara sağlığında baxmır, xəstə olanda dərman almır. Bu dini cəhətdən qadağandır, eyni zamanda sivil cəhətdən də düzgün deyil”.

Hətta bu, şəriətdə də qəbul edilmir. Qəbirin bir neçə mərtəbədən ibarət olması həm əlavə xərc, həm də ayrıseçkilik deməkdir. Yerdən fərqlənmək üçün qəbirin maksimum 4 barmaq hündürlükdə olması normal hesab edilir.

Hacı Ağasəid Yaqubov (QMİ-nin əməkdaşı): “Qəbiri 4 barmaq hündürlüyündə etməkdənsə üzərində bina tikir. Onun dinə, Allaha aidiyyatı yoxdur. Onun savabı yoxdur!”

Mütəxəssilər məzarlıqlarla bağlı konkret addımların atılmasını vacib hesab edirlər. Reallıq göstərir ki, bu istiqamətdə konkret standartların qəbul olunmasına ehtiyac var.

Aydınxan Əbilov (kulturoloq): “Misal gətirə bilərəm Naxçıvan Muxtar Respublikasını. Orda qəbir daşları və məzar yerləri standartlaşdırılıb və varlı, nazir ya da kasıb olmağından asılı olmayaraq rəhmətə gedən üçün məhz o standartlara uyğun məzar hazırlayırlar”.

Artıq Azərbaycanda bir neçə il bundan əvvəl nümunəvi qəbiristanlıqların yaradılması ilə bağlı qərar qəbul edilib. Məzar daşlarının, qəbirüstü abidələrin Naxçıvandakı kimi olması təklif olunur. Yəni məzarlar görünüşünə görə standart olacaq. Bu, insanlar üçün həm maddi, həm də mənəvi baxımdan da əlverişli sayılacaq. Ən əsası isə qiymətlərə təsir göstərəcək. “Əl yandıran fantastik qiymətlər” standart qiymətlərlə əvəzələnəcək.


Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər