dunya
28.03.2018
Silahlılar Dəməşqi atəşə tutub, 27 dinc sakin ölüb

Silahlılar Dəməşqi minaatanlardan atəşə tutub, nəticədə 27 dinc sakin ölüb, 58 nəfər yaralanıb. dogruxeber.tv-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Suriyada münaqişə tərəflərin barışdırılması mərkəzinin rəhbəri general-mayor Yuri Yevtuşenko bildirib.
Onun sözlərinə görə, silahlılar Mühayyəm əl-Yarmuk rayonundan paytaxtın ətrafına 13 ədəd mina atıblar, dağıntıların olduğu bildirilir.
Atəşkəsi rejimi həmçinin Hələb, Latakiya və Dəraa əyalətində pozulub.


