hadise
11.02.2018, 11:28
Dəməşqin mərkəzi minaatanlardan atəşə tutulub

Terrorçular Dəməşqin mərkəzini minaatanlardan atəşə tutub. minalardan bir neçəsi “Damaroz” otelinin yaxınlığında partlayıb.
SANA-nın məlumatına görə, insident nəticəsində 11 nəfər xəsarət alıb.
Qeyd edək ki, bir neçə gün əvvəl terrorçuları Dəməşqin prezident rayonunu bombalayıb. Minalardan biri Rusiyanın Suriyadakı ticarət nümayəndəliyinin binasına dəyib, xəsarət alan olmayıb. / “RİA Novosti”


