Növbə Gürcüstanındırmı? – TƏHLİL
















Bizim konspirologiya həvəskarları üçün problem yoxdur. Hansısa ölkədə bir problem baş verən kimi bunun arxasında gizli sövdələşmə və ya planlar görür və dərhal bu zəmində senarilərini qururlar. Ermənistan hadisələrinin ardınca Gürcüstanda da həyəcanlanmaların başlanması isə bu adamların təxəyyülünü bir az da qanadlandırdı. “Hamısı bir mərkəzdən idarə olunur” – onların çoxunun ilk qənaəti belə oldu…

Biz isə konspiroloq deyilik, o səbəbdən də tələsməyək. Düzdür, hökumətin Tiflisin bir neçə gecə klublarında həyata keçirdiyi tədbirlər, bu zəmində gənclərin etirazının başlanması və onların dərhal siyasi çalar alması, eks-prezident M.Saakaşvilinin silahdaşlarının da həmin etirazlarda görünməsi, sonradan daxili işlər nazirinin etirazçılardan və gürcü cəmiyyətindən üzr istəməsi, amma əsas etiraz seqmentlərindən olan “Ağ küy” təşkilatının yalnız cümə gününə qədər etirazlara ara vermək haqda qərarı, heç sözsüz, proseslərin ciddiliyindən xəbər verir.

Xüsusilə də nəzərə alsaq ki, bütün bunlar eks-prezident M.Saakaşvilinin Gürcüstana dönəcəyini elan etməsindən və “boz kardinal” B.İvanişvilinin təkrarən leqal siyasətə qayıtmasından sonra baş verdi – o halda biz də bunların arasında adi xronoloji təsadüfdən daha artıq bağlılığın olduğunu qəbul etmək zorundayıq.
Əlbəttə ki, Cənubi Qafqazda nələrsə baş verməkdədir. Amma nə baş verir, küləklər hansı səmtə əsir – bax, bunu hələ birmənalı şəkildə demək çətindir.

Hətta ola bilsin, bunlar tamam normal və adi hadisələrdir və sadəcə, statik, durğun cəmiyyətlərin təəccübünə səbəb olur. Amma böyrümüzdə Ermənistan hadisələri də oldu axı! Məsələn, kim yarım ay bundan əvvəl təxmin edə bilərdi ki, Ermənistanda da “məxməri inqilab” baş verəcəkdir?

Bəziləri üçün hər hansı hadisə baş verəndən sonra “Mən bunu demişdim!” demək adi şey olsa da, biz səmimi etiraf edirik ki, bunu gözləmirdik. Düşünürdük beş-üç müxalifətçi “Baqramyan prospekti”lə o tərəf-bu tərəfə gedəcək və bununla hər şey bitəcək, çünki nə konstitusiya düzəlişləri qəbul edilərkən, nə də ən sonuncu parlament seçkiləri zamanı müxalifət elə bir güc nümayiş etdirməmişdi.

Son proseslərdə də ənənəvi müxalifət yenə də kölgədə qaldı və parlamentdə təmsil olunan ən zəif partiyanın bəlkə də İrəvandan kənarda belə tanınmayan gənc lideri bir neçə günün içində ənənəvi siyasi sxemi alt-üst etdi. Ona görə də Gürcüstandakı hadisələrlə bağlı da qəti bir söz deməyə tələsmirik – prinsipcə, hər şey ola bilər.

Həm də Ermənistan inqilabı ilə bağlı qaranlıq məqamlar var, onlar aydınlaşmayınca “Qafqazda nə baş verir?” sualına cavab vermək elə də asan məsələ deyil. Bu məsələlərdən ən birincisi də erməni inqilabının geosiyasi təmayülüdür. Bu xüsusda da əminliklə danışanlar da var, “Hələ gözləyək, görək, nə olur?” deyənlər də.

Təbii, N.Paşinyan M.Saakaşivli olmayacaq, çünki hər şeydən əvvəl ermənidir. Ermənilərsə hiyləgərlikdə hər halda, gürcülərdən də, bizdən də çox-çox irəlidədirlər.

Üstəlik, Paşinyan hələ ki, Qarabağla bağlı çox sərt bəyanatlar verir, V.Putinlə təmaslara can atır. Hiss olunur ki, bu adam hər şeydən əvvəl Kreml ilə münasibətlərini qurmağa çalışır.

Amma bir daha deyirik ki, nəticələrlə bağlı tələsməyə dəyməz – həmin Paşinyan artıq amerikalı iqtisadçı, Türkiyədə doğulan, amma erməni əsilli D.Əcəmoğlunu özünə iqtisadi məsələlər üzrə məsləhətçi dəvət etmək istəyir və deyilənlərə görə artıq dəvət edibdir də.

Bundan bir neçə gün öncə isə o, müdafiə naziri postuna başqa birisini deyil, Ermənistanın HATO-dakı keçmiş təmsilçisini təyin etdi. Ona görə də təkrar deyirik ki, tələsmək lazım deyil, bu saqqallı jurnalist-deputat hələ çox oyunlar çıxaracaq.

Elə rusiyalı təhlilçilər də Paşinyanın Putinlə görüşə can atmasını, Rusiyanı sakitləşdirəcək bəyanatlar verməsini çox da ciddiyə almır və yada salırlar ki, vaxtilə M.Saaşkaşvili də, V.Yuşenko də belə etmişdi.

Gürcüstana gəldikdə isə bu kiçik ölkə artıq Qərbdir. Hətta keçmiş sovet adamlarında təşviş yaradacaq dərəcədə Qərbdir ki, bunu xırdalamağa o qədər də lüzum görmürük. O ki qaldı proseslərin geosiyasi rənglərinə, hər halda, Qərbçün yox, yenə də Rusiya üçün təhlükə görünür. Ona görə ki, B.İvanişvilinin vədlərinin heç biri doğrulmadı, hətta indiyədək Kreml ilə diplomatik münasibətlər belə, yoluna qoyulmayıb. Bu səbəbdən də Gürcüstanda daha bir Qərb inqilabı baş verə bilər – elə B.İvanişvilinin də özünü hövlanak bura çatdırması çox şey deyir…/azinforum.az

Hüseynbala Səlimov

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər