“Yeni aprel müharibəsinin astanasındayıq” – Qriqoryan etiraf edir













“Bizdə təhlükəsizliyin şaxələndirilməsi problemi var. Milli təhlükəsizlik təkcə hərbi sektora aid deyil, milli təhlükəsizliyə aid bir çox məsələlər var. Məsələn, əgər azad və ədalətli seçkilər yoxdursa, bu yenə də milli təhlükəsizliyin problemidir”

Bu sözləri Ermənistan Milli Təhlükəsizlik Şurasının yeni təyin olunmuş katibi Armen Qriqoryan “Araçin lratvakan” agentliyinə müsahibəsində deyib.

O, bildirib ki, insan hüquqlarının qorunması, qanunun aliliyi məsələləri milli təhlükəsizliyin çağırışlarıdır və korrupsiya Ermənistan üçün ciddi təhdiddir.

Qriqoryan gələcəkdə beynəlxalq təcrübəni nəzərə alaraq beyin mərkəzinin (kəşfiyyat mərkəzi) yaradılacağını bildirib: “Müasir çağırışlar ciddi siyasi təhlil tələb edir və belə bir mərkəzə ehtiyac var”.

Yeni katib ölkədə növbəti seçkilərin keçirilməsinin vacibliyinə diqqət çəkib və buna ehtiyacın olduğunu söyləyib: “Ancaq bu məqamda qanunvericilikdə ziddiyyət var. Biz qərarlıyıq ki, növbədənkənar seçkilərə gedək, inqilabdan sonrakı vəziyyəti düzəldib və inkişafa sürətlə gedə bilək”.

Ermənistanda inqilabdan sonrası hadisələrə toxunan Qriqoryan insanların öz tələblərini tez bir zamanda həll etmək istədiklərini qeyd edib: “Bizə qarşı bir mübarizə olduğunu düşünmürük. İnsanlar öz tələblərini ifadə edirlər”

Onun sözlərinə görə, əksinqilab çox az şansa malikdir. “Hər halda hər zaman cəhdlər ola bilər, əksinə, daha çox əksinqilab cəhdlərini Serj Sarkisyan törədə bilər”.

Qriqoryan, həmçinin qeyd edib ki, bir sıra təhlükəsizlik məsələlərini həll etməməklə Ermənistan yeni aprel müharibəsinin astanasında dayanır. (AzVision.az)

Son xəbərlər

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Bütün xəbərlər