Millət vəkili: Bəzi məqamlar qanunun predmeti olmaqdan çıxır













Yaxın gələcəkdə Qobustanla, Göygöllə bağlı qanunlar qəbul edilə bilər.

Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov deyib.

O qeyd edib ki, ümumiyyətlə, hər bir sahə ilə bağlı ayrıca sahəvi qanunlar olmalıdır və bunlara ehtiyac var.

Komitə sədri bunun həm də beynəlxalq konvensiyalardan irəli gələn tələb olduğunu bildirib.

“2003-cü ildə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) UNESCO-nun tarixi abidələrlə bağlı konvensiyasının 30 illiyinə həsr olunmuş geniş tədbir keçirilirdi.

O tədbirin gedişində məlum oldu ki, ayrı-ayrı sahələr üzrə qanunlara ehtiyac var, bu, həmin konvensiyanın bir tələbidir.

Məsələn, Rusiyada məşhur Baykal gölü ilə bağlı bu tələbdən irəli gələrək ayrıca qəbul olunub.

Ona görə hesab edirəm ki, bizdə də təbiətin nadir incilərindən olan Göygöllə bağlı ayrıca qanun olmalıdır.

Eyni zamanda, tarixi Qobustan qayalıqları ilə bağlı ayrıca sahəvi qanuna ehtiyac var.

Məsələn, bizdə muğam sənəti ilə bağlı məsələlər “Mədəniyyət haqqında” qanunla tənzimlənir. Amma elə məqamlar var ki, həmin qanunun predmeti olmaqdan çıxır, artıq yeni qanunvericiliyə ehtiyac duyulur.

Elə bu səbəbdən də şəxsən mən özüm muğam sənətinin qorunması ilə bağlı qanun layihəsi hazırladım və müzakirələrə təqdim etdim.

Düşünürəm ki, yaxın gələcəkdə bu sənədin geniş müzakirələrinə və qəbuluna nail olacağıq.

Yəni, qeyd etmək istəyirəm ki, hər bir sahə ilə bağlı ayrıca qanunlar olmalıdır”, - deyə komitə sədri sözlərinə əlavə edib./oxu.az

Son xəbərlər

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Neftimiz neçəyə satılır?

Kanada ilə ABŞ arasında 4,5 milyard dollarlıq körpü istifadəyə verildi

İşçinin pulu tutulur, haqqı isə qorunmur? – AHİK ətrafında cavabsız qalan suallar

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ!

Banklardakı sığortalı əmanətlərlə bağlı vacib qərar: faiz limitləri dəyişir?

Abşeronda binada partlayış: sakinlər təxliyə edilir

İrana zərbə dünya müharibəsinə səbəb ola bilərmi?

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Bütün xəbərlər