Musa Quliyev: Əlillərlə bağlı yeni qanun qəbul olunmalıdır











Parlamentin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev üzvü olduğu Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin müzakirələrinə çıxarılmış və tənqidlərə məruz qalmış “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsindən bir daha narazılığını ifadə edib.

Millət vəkili bununla bağlı acıqlamasında bu yöndə hazırda qüvvədə olan mövcud qanunun daha effektli və mütərəqqi olduğunu söyləyib.

O bildirib ki, müzakirələrə çıxarılmış yeni sənəd isə bu formada plenar iclasın müzakirələrinə çıxarılaraq, qəbul olunarsa, onun səmərəsi olmayacaq, əksinə, bir sıra problemlərə yol açacaq.

Millət vəkili I qrup əlillər üçün xüsusi iş yerlərinin yaradılmasını təklif edib. M. Quliyev deyib ki, əlillərin iş problemi diqqətdə saxlanılmalıdır:

“İctimai dinləmələr zamanı da qeyd etdiyim, yəni, 1992-ci ildə qəbul olunan qanunda olduğu kimi, yeni sənəddə əlillər üçün ayrıca məşğulluq kvotası nəzərdə tutulmalıdır. Ya da əlillər üçün xüsusi yaradılmış iş yerləri kvotası məsələsini müzakirə etməliyik.

Sahibkarlar I qrup əlillər üçün müəssisədə xüsusi iş yerləri yaratmalıdır. Məsələn, 100 iş yerindən iyirmisini I qrup əlillər üçün ayırsınlar”.

Deputat bununla yanaşı, Qarabağ müharibəsində əlil olan şəxslərin fərqləndirilməsinin tərəfdarı olduğunu qeyd edib:

“Azərbaycan müharibə şəraitində yaşayır. Bu müharibəni qələbə ilə başa vuracağıq. Müharibədə əlil olan şəxslərin üstün hüquqları olmalıdır və qanunvericiklikdə əksini tapmalıdır.

Hesab edirəm ki, bu qanunda Azərbaycanın müdafiəsi uğrunda əlil olan şəxslərin üstün hüquqlarının olması barədə bir müddəa qeyd olmalıdır. Onlara ev, maşın, pensiya artıq verilməlidir”.

M. Quliyev gələcəkdə əlillərlə bağlı ayrıca, yeni qanun layihəsinin hazırlanıb müzakirələrə çıxarılması və qəbul olunmasını təklif edib:

“Gələcəkdə başqa bir qanun layihəsi də hazırlayıb, onu müzakirələrə çıxarmalı və qəbul etməliyik”./Oxu.Az

Son xəbərlər

Körpüdə uşaqları daşıyan avtobus SUV ilə toqquşub - Bu ölkədə

Kartla ödəniş edənlərin NƏZƏRİNƏ!

Mehriban Abasquliyeva sabiq məhkəmə sədrinin bacısı imiş

Rusiyadan Ermənistana səsverməyə gələnlər saxlanılır

Azərbaycanda bu şəxslərdən sürücülük vəsiqəsi tələb olunmayacaq

BAŞLANDI! Rusiya şəhərləri, Krım, gəmilər, zenit-raketlər, dəmiryolları BOMBALANIR

“Qarabağ” 1 milyona qapıçı alır

Podolyakdan Lukaşenkoya hədə: Təqaüdə çatmaq istəyirsə...

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

Sərhəddə, yerin altında gizli narkotik marşrutu: illərlə diqqətdən yayınıb - Foto

Tarixdə ilk trilyonçu ola bilər

"Ford" 420 min avtomobili geri çağırır

"Reuters": Aİ ilə Rusiya arasında danışıqlar üçün imkan yaranır

Qırğızıstan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib

İsrailli köçkünlər fələstinli çobanları otlaqlarından qovublar

Cəfər Əsədova yüksək vəzifə verildi

Zelenski: Ukraynanın NATO-ya üzvlüyünü əksər ölkələr dəstəkləyir

Netanyahu Trampla fikir ayrılıqlarının yarandığını etiraf etdi

Şəlaləyə baxmağa gedən 21 yaşlı gənc iki həftədir tapılmır

İspaniyada anomal isti hava səbəbindən ölənlərin sayı 100-ü keçib

Baş nazirdən QƏRAR

Azərbaycanlı gəncin hesabında 22 milyard dollar...

Rövşən Muradov qəfil VƏFAT ETDİ

Narkotikin təsiri altında olan sürücü həbs edildi

Rusiyadan ABŞ və İranın hücumlarına reaksiya

Saxta mesajlar avtomatik aşkarlanacaq - "WhatsApp"da yeni funksiya

Əlavə məzuniyyətlər kimlərə verilir?

İmişlidə güclü yanğın - 2 rayondan dəstək gəldi

Dünya Kuboku: Azərbaycanın basketbol millisi pley-in mərhələsində

Bütün xəbərlər