gundem
20.05.2018, 03:53
İstanbulda Məhəmməd Peyğəmbərin plaşını görmək mümkündür

Ənənəvi olaraq İstanbulda Ramazanın ilk cümə günü “Hırka-i-Şərif” (Peyğəmbərin müqəddəs plaşı) nümayiş olunur.
dogruxeber.tv-ın məlumatına görə, bu barədə TRT məlumat yayıb.
Məhəmməd Peyğəmbərin müqəddəs plaşını həftə içi saat 10:00-dan 18:00-a qədər, şənbə və bazar günləri isə 9:00-dan 18:00-adək görmək olar.
Plaşdan əlavə, Məhəmməd Peyğəmbərin saçını da burada görmək mümkündür.
Sərgi Ramazanın son günü, bayram namazından sonra bağlanacaq.


