Azad Rəhimovun oğluna xəbərdarlıq: “Rəhbərliklə oyun oynamağa cəhd etmə”













Tanınmış britaniyalı avtoidman eksperti Co Seyvard öz bloqunda Bakıda “Formula-1” yarışlarının təşkilatçılarına xəbərdarlıq edərək “Liberty Media” (yarışların sahibi) şirkəti ilə müqavilənin şərtlərinə yenidən baxmaq cəhdlərindən əl çəkməyə çağırıb.
“Baku City Circuit” (“Bakı Şəhər Həlqəsi”) şirkətinin direktoru, idman və gənclər nazirinin oğlu Azad Rəhimov bir neçə dəfə xarici KİV-lərə bildirib ki, Azərbaycanda “Formula-1” yarışlarının keçirilməsinə dair müqavilənin şərtlərinə yenidən baxmaq lazımdır. Çünki Azərbaycan bu yarışlar üçün başqalarından ikiqat çox ödəyir. Bakıda “Formula-1” yarışlarının keçirilməsi üçün müqavilənin müddəti 2020-ci ildə başa çatır, razılaşmaya görə müqavilənin daha 5 il uzadılması nəzərdə tutulur.
“Məlumdur ki, “Gran Pri Azərbayan” promouterləri “Liberty Media” şirkəti ilə müqaviləyə yenidən baxmaq istəyirlər, maraqlıdır, amma Bakı şəhər yarışlarının gələcəyi üçün çox təhlükəlidir”-Co Seyvard yazıb.

Azad Rəhimovun oğluna xəbərdarlıq:
Ekspert xatırladıb ki, Azərbaycanla müqavilə 10 illikdir, amma “Formula-1”in bəzi müqavilələrində olduğu kimi şərtlərin dəyişməsi halında müqavilənin vaxtından əvvəl pozulması mümkündür. Bu opsionu son yarışa iki il qalmış aktivləşdirmək lazımdır, ona görə də müqaviləni 2020-ci ildə pozmaq üçün vaxt artıq keçib.

Ekspert yazır ki, “Formula-1” sahibləri ikili mövqe tutublar. Bakıdakı yarışlar yaxşı gəlir gətirir, amma Azərbaycan hər il cənab Briatora, (“Reno” komandasının keçmiş rəhbəri Flavio Briator) böyük məbləğ ödəyir, hansı ki, o tərəfləri bir-birinə calaşdırıb.

Sitat: “Problem bundan ibarətdir ki, “Liberty Media” şirkətində yarışların Azərbaycan kimi ölkədə keçirilməsindən o qədər də məmnun deyillər, amma bu onlara Bakıdan yaxşı pul götürməkdə mane olmur. Bununla belə yaxşı alternativ yaransa “Liberty Media” yarışların keçirilməsi üçün başqa yer seçəcək.

Azad Rəhimovun oğluna xəbərdarlıq:
Bakı yarışları Berni Ekklstounun vaxtında yaranıb, amma “Liberty Media” şirkətinin bu yarışlarla bağlı başqa mövqeyi var. Bakıda yəqin belə hesab edirlər ki, Böyük Britaniya Qran-Pri promouterləri kimi hərəkət edə bilərlər, amma belə fikirləşmək ağlasığmazdır. Britaniyalılar da bu yaxınlarda müqavilənin pozulması opsionunu aktivləşdiriblər, amma söhbət tamam ayrı haldan gedir. Silverstoun təqvimin dəyişmək hissəsidir və ona alternativ yoxdur.

Azərbaycan belə görünür ki, yarışlardan məmnundur. Çünki turistlərin sayının 20 faiz artdığı bildirilir və bu artımın davam edəcəyi gözlənilir. Lakin bu bahalı yarışdır və Bakı pulu ödəmək istəmirsə “Formula-1” çıxıb gedəcək. Hansı ki, dəfələrlə belə hallar olub. Bəli, Bakıda maraqlı yarışlar keçirilir, amma bu Monako, Silverstoun və ya Spa deyil. Bu Qran-pri “Formula-1” üçün elə də böyük əhəmiyyət kəsb eləmir. Ona görə də ən yaxşısı budur ki, Azərbaycan indiki şərtlərə əməl etsin və rəhbərliklə oyun oynamağa cəhd eləməsin”. (virtualaz.org)


Azad Rəhimovun oğluna xəbərdarlıq: “Rəhbərliklə oyun oynamağa cəhd etmə”


Azad Rəhimovun oğluna xəbərdarlıq: “Rəhbərliklə oyun oynamağa cəhd etmə”

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər