Tərəvəzin qiyməti sürətlə ucuzlaşır













Ötən illə müqayisədə tərəvəzlərin qiymətlərdə artım olsa da, aprel ayı və mayın ilk günləri ilə müqayisədə ucuzlaşıb.

“dogruxeber.tv” musavat.com-a istinadən xəbər verir ki, bazarda kartofun qiyməti 40-60 qəpik arasında dəyişir. Soğanın isə 3 kiloqramı 1 manata satılır. Satıcılar bildirdilər ki, ötən ay bazarda kartof və soğan baxımından qıtlıq müşahidə olunsa da, bu ay bolluqdur. Bu isə qiymətlərin ucuzlaşmasına təsir edib.

Bazarda mövsümü meyvələrdən alça və çiyələyin qiyməti də ötən həftə, hətta 2 gün öncə ilə müqayisədə bir qədər ucuzlaşıb.

Hazırda bazarda çiyələyin kiloqramı 1-2 manat arasında dəyişən qiymətlə satılır. Xırda və bir qədər əzilmiş çiyələklər 1 manata, iri çiyələklər isə 1.5-2 manatadır.

Alçanın da qiyməti 2-2.5 manatadır. Satıcılar bildirdilər ki, iri alçaların (göycə) qiymətində ucuzlaşma var. Ötən günlərdə 4 manata satılan göycə hazırda 2.5 manatadır.

Pomidorun qiymətində də ötən ayla müqayisədə azalma var. Aprel ayında 5 manat və daha baha qiymətə satılan pomidor hazırda 2.3-2.5 manata satılır.

Xiyarın isə qiyməti 50-60 qəpiyə satılır. Satıcılar bildirdilər ki, qiymətlər növbəti günlərdə bir qədər də aşağı enəcək.

Marketlərdə isə kartofun kiloqramı 54-55 qəpiyə satılır. Pomidorun isə qiyməti növündən asılı olaraq 2.45-2.99 manatadır. Xiyar iri marketlərdə demək olar ki, bazar qiymətinədir. Belə ki, hazırda iri marketlərdə xiyarın kiloqramı 60-80 qəpikdir. Bibərin kiloqramı isə 3.4 manatadır. İri marketlərdə alça 4 manat 45 qəpik, çiyələk isə 2 manat 20 qəpiyədir.

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər