“Seriallar lotu-potu yığıncağıdı, saqqallı gədələr oyun çıxarırlar…”

















“Harda ərindən boşanmış, şit qadınlar var hamısı efirlərdədir…”

Bir neçə müddətdir ki, telekanallarımızda qalmaqal yaratmaq üçün ya şivən salan falçılar verilişlərə dəvət olunur, ya da aparıcı və qonaqlar özlərinə seçdikləri yeni hamam xalatında efirə çıxırlar. Bu addımların hamısı sözsüz ki, publikaya hesablanmış addımlardır.
Artıq üç ildən çoxdur ki, telekanlarımızda iştirakdan imtina edən sabiq millət vəkili, nasir Xeyrəddin Qoca Moderator.az-a açıqlamasında bəzi telekanalların biabırçı vəziyyətdə olduğunu bildirdi:
“Mən sizə deyim ki, yeni çapdan çıxmış “Yazdıqlarım… Yazılanlar…” adlı kitabımdakı yazıların yarısında efirlərimizdəki problemlərdən bəhs olunur. Təkcə bu hamam xalatı söhbəti deyil. Efirlərimizdən iyrənmişəm. Hər gün zəng vurub verilişlərə çağırırlar, amma getmirəm. Üç ay bundan öncə Orxan Fikrətoğlunun verilişində qonaq oldum və orda da efirlərimizdəki acınacaqlı vəziyyətə toxundum. İndi də Kamran Həsənli zəng vurub verilişə dəvət edir. K.Həsənli də vaxtilə yaxşı verilişlər aparıb, savadlı oğlandı”.
X.Qoca telekanallarımızda dilimizin korlanmasına və seriallarımızdakı problemlərə də toxunub:
“Zaur Baxşəliyevin verilişlərinin hamısı şitdi. Bu haqda qısa danışmaqla söhbəti yekunlaşdırmaq olmaz. Harda ərindən boşanmış, şit qadınlar var, hamısı efirlərdədir. Səhərdən axşamacan oynayıb, yallı gedirlər. Bunların sahibi yoxdur?! Bu televiziya sədrləri hara baxırlar?! Harda savadsız, ağılsız adamlar var, hamısı efirlərdədir. Azərbaycanlıların heç biri telekanallarımıza baxmaq istəmir. “Ovqat” və sair verilişləri çıxmaq şərtilə digər verilişlərə baxmaq mümkün deyil. Ümumiyyətlə seriallar lotu-potu yığıncağıdı, saqqallı gədələr oyun çıxarırlar. Yaramaz gədə-güdələr yığıncağıdı. Yeni kitabımda onlardan bəhs olunur. Azərbaycan dilini bilmirlər, savadsızdırlar. Ən bayağı, şit adamlar telekanallarda meydan sulayırlar. Əslində millətin arasında belə adamlar çoxdur. Efirlər bunlar üçün dilimizi korlamaq yeridi”.

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər