Sürücülük hüququnda inqilab: Prezidentin təklifi dəstəkləndi













Azərbaycan prezidenti tərəfindən “Yol hərəkəti haqqında” qanuna əlavə və dəyişikliklər təklif olunub. Layihədə qanunun I maddəsinə 25-1, 25-2 və 25-3 bəndlərin əlavə olunması təklif edilir.
Təklifdə sürücülük vəsiqəsinə əlavə katiqoriyalar əlavə ediləcəyi qeyd edilir. Bunlar B1, C1, D1, C1E, D1E kateqoriyalarıdır. Bu zərurətin hardan meydana gəldiyini və sürücüləri hansı yeniliklər gözlədiyini Sputnik Azərbaycan yol ekspetlərindən soruşub.

Hüquqşünas Ərşad Hüseynov bildirib ki, bu dəyişikliklər hal-hazırda istifadə etdiyimiz vəsiqələrin 1968-ci il Vyana Konvensiyasına 2004-cü ildə edilən və 2011-ci ildən qüvvəyə minən yeni nümunəyə uyğun olmaması (məlumatların sıralanma ardıcıllığının pozulması), həmçinin vəsiqədəki məlumatlarda latın əlifbasında olmayan hərflərin (ə, ı, ö, ü, ğ, ç, ş) transliterasiya (bir yazı sistemindəki hərflərin başqa yazı sisteminin hərfləri ilə verilməsi-red.) edilməməsi ilə bağlıdır.

“Bu layihə həmin problemi həll edir. Layihə qəbul edilib qüvvəyə mindikdən sonra (yəqin ki, gələn ilin əvvəllərindən) sürücülük vəsiqələrimiz tam olaraq Konvensiyanın 6 saylı əlavəsinin yeni redaksiyasına uyğun olmaqla veriləcək. Layihədə Konvensiyaya uyğun olaraq sürücülük kateqoriyalarına yeni altkateqoriyalar (B1, C1, D1, C1E, D1E) əlavə olunur. Bunlar müxtəlif tip nəqliyyat vasitələrinin fərqli kateqoriyalarının idarə edilməsi hüququnu dəqiqləşdirməyə yönəlib. Məsələn, B1 altkateqoriyası hazırda dünyada geniş yayılan kvadrosiklləri, D1 16-yadək sərnişin yeri olan mikroavtobusları idarə etmək üçündür” — deyə Hüseynov bildirib.

O, layihədə başqa maraqlı məqamların da olduğunu qeyd edib: “Məsələn, trisikl və kvadrisikllərin hüquqi statusu aydınlaşdırılır. Yeni nümunəli sürücülk vəsiqələrində vəsiqə sahibinin fərdi identifikasiya nömrəsi (FİN-kod), onun barəsində xüsusi məhdudiyyətlər (məsələn, nəqliyyat vasitəsini yalnız eynəklə idarəetmə barədə qeyd, ona xüsusi təchizata malik “Əlil” tanınma nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququnun verildiyinə dair qeyd) də olacaq” — deyə ekspert əlavə edib.
Yol eksperti Elməddin Muradlı da hesab edir ki, bu yenilik zərurətdən irəli gəlib: “Çünki son illər Azərbaycanda trisikl, kvadrosikl və bəzi böyük tutumlu avtobuslar vardır ki, onlar xüsusi kateqoriyaya bölünürlər. Məhz sürücülük vəsiqəsində də kateqoriya olmalıdır ki, həmin şəxs nəqliyyat vasitəsini idarə edə bilsin. Buna görə də qanunda olan boşluğu doldurmaq üçün məhz dəyişiklik etmək lazım idi. Digər tərəfdən, sürücülük vəsiqələrimiz Vyana konvensiyasına uyğun deyildi. Standarta görə ə, ı, ö, ü, ğ, ç, ş hərfləri verilməməlidir, amma biz bu hərflərdən istifadə edirdik. Üstəlik tərcümə də əlavə edilmirdi. Bu da bizim vəsiqələrin dünyada tanınmasını əngəlləyirdi”.

Muradlı qeyd edib ki, Milli Məclis bu qanunu qəbul etsə, sürücülər sürücülük vəsiqələrini gedib rahatlıqla dəyişə biləcəklər və xaricdə həmin vəsiqələrdən istifadədə heç bir problem yaranmayacaq.
Ekspertin sözlərinə görə, imtahanlar olduğu kimi qalacaq. Yeni katiqoriyaların alınması üçün şərait yaradılacaq. Sözügedən nəqliyyat vasitələrini idarə etmək istəyən şəxslər imtahan verərək onları da sürücülük vəsiqəsinə əlavə edəcəklər”.
Qeyd edək ki, layihənin yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacağı gözlənilir.

Son xəbərlər

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Azərbaycana güclü istilər gəlir: Temperatur 40 dərəcəyə çatacaq

Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama

Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Bütün xəbərlər