Bakıda vəzifəli şəxs öz kabinetində döyüldü: iki nəfər xəsarət alıb













Paytaxtın Binəqədi rayonunda bələdiyyə sədrini döyüblər.

dogruxeber.tv xəbər verir ki, bu barədə “Sputnik Azərbaycan”a rayonun hüquq-mühafizə orqanlarından məlumat verilib.

Xoşagəlməz insident mayın 29-da, gündüz saatlarında bələdiyyə sədrinin Biləcəri qəsəbəsindəki kabinetində baş verib.

Sözügedən rayonun 6-cı polis bölməsinə belə bir məlumat daxil olub ki, yerli sakinlər – Bəykişi Baxışov (1964-cü il təvəllüdlü) və Natiq Qasımovun (1980-ci il təvəllüdlü) ucbatından bələdiyyə sədri Hikmət Quliyev (1983-cü il təvəllüdlü) və inzibati ərazi üzrə nümayəndə İbad İbrahimov (1960-cı il təvəllüdlü) xəsarət alıb.

Hüquq mühafizəçilərinin bildirdiyinə görə, kişilər arasındakı münaqişə Biləcəri qəsəbəsi ərazisində aparılan tikinti işləri səbəbindən yaranıb. Bələdiyyədən bildiriblər ki, Baxışov və Qasımov tikinti işlərini qanunsuz aparır.

Bu səbəbdən qəsəbə sakinlərini söhbət aparmaq üçün bələdiyyə idarəsinə çağırıblar. Elə oradaca məmurlarla adi işçilər arasında dava düşüb. Xuliqanlıq faktı ilə bağlı araşdırma aparılır.

Sayt əməkdaşı insidentin detallarına aydınlıq gətirmək üçün Hikmət Quliyevlə əlaqə saxlamağa çalışıb. Lakin qəsəbə bələdiyyəsi sədrinin katibi sədrin iş yerində olmadığını bildirib.

Qeyd edək ki, Binəqədi rayonunda evlərin qanunsuz tikintisi ilə bağlı müntəzəm olaraq yerli icra hakimiyyəti və bələdiyyə əməkdaşlarının iştirakilə münaqişələr baş verir. Üç il əvvəl təkcə bu rayonun ərazisində 10 mindən artıq evin qanunsuz tikildiyi müəyyən edilib.

Binəqədi rayonu qanunsuz tikililərlə bağlı ən çox müraciət və şikayətlərin olduğu rayonlar arasında liderdir.

Son xəbərlər

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI

İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq?

Rusiyadan HƏDDİ aşan HÜCUM, Zelenski dünyanı AYAĞA qaldırdı, QİSAS əmri verdi

Sərnişin avtobusu dərəyə aşdı: 28 ölü

FETÖ-ya daha bir ağır zərbə: 11 nəfər həbs edildi

Netanyahu Trampla təcili görüş istəyir - Nədən narahatdır?

Bu tarixdə işdən tez çıxacağıq: RƏSMİ AÇIQLAMA

Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

Füzulidə "Mercedes" kişini vurub öldürdü

Qan donorluğu haqqında bilməli olduğunuz 7 vacib fakt

Sumqayıtda dəhşətli yanğın - FHN məlumat YAYIB

Türkmənistan prezidentinin Azərbaycana səfəri nəzərdə tutulur

Keçmiş baş nazirin seyfindən 1,3 milyonluq zinət əşyaları tapıldı

Son zamanların ən populyar ləzzəti - Dulce de Leche

Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var

Azərbaycan vətəndaşları Ermənistanda neçə daşınmaz əmlak alıb? - Rəsmən açıqlandı

Bütün xəbərlər