hadise
31.05.2018
Bakıda yaşayış binasında yanğın - 20 nəfər təxliyə edildi

Paytaxtın Nəsimi rayonunda yanğın olub.
“dogruxeber.tv” FHN-ə istinadən xəbər verir ki, beşmərtəbəli yaşayış binasının zirzəmisində 5 m2 sahədə məişət tullantıları yanıb.
Yanğın zamanı 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub.


