dunya
1.06.2018
Kim yenə qadınları ağlatdı -

Şimali Koreya lideri Kim Çen İn orduda fərqlənən əsgərləri mükafatlandırmaq üçün fərqli mərasim təşkil edib.
"dogruxeber.tv" xarici KİV-ə istinadən xəbər verir ki, prezident bu dəfə əsgərlərin xanımları ilə görüşüb. KCNA dövlət agentliyi tərəfindən yayılan fotolarda qadınlar rəngarəng geyimlərdə görülürlər. Onlar Kim Çen İni qarşılayarkən yenə göz yaşlarına hakim ola bilməyiblər.
Qadınların ağlamasına baxmayaraq, prezidentlə komandirlər özlərini odluqca soyuqqanlı aparıblar. 


