Abramoviç “Çelsi”dən niyə imtina edir…













Roman Abramoviçi Rusiya-Böyük Britaniya soyuq savaşının ilk potensial qurbanlarından saymaq olar. Rusiyalı milyarder isə acığını sahib olduğu klubdan, yəni “Çelsi”dən əlini çəkməklə çıxır.

İki ölkə arasında diplomatik savaşdan və bu müharibənin ortaq nöqtələrindən biri olmaqdan təngə gələn Roman Abramoviç “Çelsi” futbol klubunun yeni stadionu üçün 1 milyard funt dəyərində ölçülən sərmayədən vaz keçir.

Böyük Britaniyanın “The Times” qəzeti son gəlişmənin adada təlaş oyatdığını qeyd edir: “Belə hesab olunur ki, Abramoviçin yeni stadion layihəsini dayandırması Böyük Britaniya hökumətinin ona yeni viza verməkdən imtina etməsi ilə bağlıdır. 2003-cü ildən bu yana Böyük Britaniyaya sərbəst şəkildə gələ bilən Abramoviç bu viza sayəsində ölkədə iş qurmuş və ölkəyə milyardlarla sərmayə yatırmışdı. O, Böyük Britaniyada ən məşhur rusiyalı investor hesab olunduğuna görə onun çəkilmək qərarı adada biznes fəaliyyəti quran, lakin Kremlə yaxın sayılan digər oliqarxları da öz pullarını ölkədən çıxarmağa sövq edə bilər”.

“The Times”dakı yazıda Abramoviçin viza haqqında verdiyi ərizəni geri çəkmək haqqında qərarının Böyük Britaniya hökumətində əsəbi mühitin yaranmasına səbəb verdiyi qeyd olunub. Bir çox nazirlər düşmənçilik atmosferini daha da qızışdırmamağa çağırıblar.

Roman-Abramovich-Chelsea-Morata.jpg (28 KB)

“İndi bir çoxları Abramoviçin yeni viza müddəti üçün ərizə verməkdən imtina etməsini onun Böyük Britaniyaya yeni investisiyalar qoymaqdan vaz keçməsi kimi dəyərləndirir”, – məqalədə yazılıb.

Abramoviçin İsrail pasportu almasına rəğmən Böyük Britaniya baş nazirliyinin dəftərxanasında rusiyalı milyarderin bundan sonra da adada iş fəaliyyəti göstərə bilməyəcəyi bildirilib (Britaniya qanunlarına görə, İsrail vətəndaşlığı alan şəxs ilk 6 ayda məhdudiyyyətsiz və pulsuz viza əldə edir).

“Çelsi” klubu isə yaydığı bəyanatda yeni stadion layihəsinin durdurulmasını ölkədəki əlverişsiz investisiya mühitinin yaranması ilə izah edib.

“Britaniya hökuməti viza məsələsində özünü olduqca yöndəmsiz və qaba apardı. Hökumətin əsas hədəfi Putinə zərbə vurmaq olmalıydı, daha “Çelsi”ni pis vəziyyətə salmaq deyil…” – 53 ildir ki, “Çelsi”yə azarkeşik edən Lordlar Palatasının üzvü lord Heyn qəzetə bildirib.

Mühafizəkar deputat Piter Bottom isə Abramoviçin qərarını viza problemi ilə deyil, kommersiya nöqteyi-nəzərindən izah edib. Onun fikrincə, Abramoviç indiki məqamda stadionun yenilənməsi məsələsində tələsməmək xəttini götürüb.

“The Times” isə rusların Böyük Britaniyadan kütləvi qaçışının ən çox Londonun elit sayılan daşınmaz əmlak biznesinə zərbə vuracağını proqnozlaşdırır.Musavat.com

Abramoviç “Çelsi”dən niyə imtina edir…

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər