Bakinskinin edə bilmədiyini Beyləqanski etdi – TƏFƏRRÜAT













Hacı Beyləqanskinin həbsiylə bağlı bəzi təfərrüatlar ortaya çıxıb.

Rusiya KİV-inin məlumatına görə, Moskvanın mərkəzində yerləşən “Beliy dom” restoranında FTX əməkdaşları tərəfindən saxlanılan Beyləqanski orda tək olmayıb.

Məlumata görə, Beyləqanskiylə bərabər restoranda daha bir neçə nəfər olub. Onlar çay içirmişlər. FTX əməkdaşları Hacı və dəstəsindəkilərin silahlı olduğunu bildiyindən restoranda olan kənar adamlara zərər dəyməsin deyə, bir neçə saat gözləməli olublar.

Qəfil hücum zamanı Beyləqanski və ətrafı heç bir müqavimət göstərə bilməyib.

Hacı Moskvaya iki ay bundan əvvəl gəlib. Gələn kimi də Rövşən Lənkəranskinin yaxın qohumu Zaur Əhmədov ona Moskvanın şimal-qərb hissəsində böyük bir mənzil tutub.

Rusiya KİV-in yazdığına görə, Hacı mənzildən çox nadir hallarda çıxırmış. Çıxanda belə zirehli avtomobildə mühafizəçilərlə gəzirmiş. Rusiya mobil operatorlarına etibar etməyən Beyləqanski, rabitə üçün Qazaxıstanın mobil operatorlarının xidmətlərindən istifadə edib.

Məlumata görə, Beyləqanski azı bir kriminal avtoritetin qətlini etiraf edib. Söhbət Danabaş İlqar ləqəbli azərbaycanlı qanuni oğrudan gedir. İlqar Ded Xasan klanının ən sadiq üzvü olub və 6 il əvvəl Moskavnın nərkəzində güllələnib.

Rusiyalı həmkarlarımız Beyləqanskinin həbsi ilə bağlı yazarkən bir maraqlı məqama da toxunublar. Onların yazdığına görə, Azərbaycandan çıxmış kriminal qruplaşmaların Ded Xasanla ədavəti ötən əsrin 90-cı illərinə gedib çıxır.

Həmin illərdə Dedlə Rudik Bakinski arasında qanlı müharibə gedirmiş. Bir dəfə Soçidə Bakinski Ded Xasana sui-qəsd təşkil etsə də, killer son anda sərrast olmamışdı. Əksinə, 1999-cu ildə Rudik Moskvada öldürülmüşdü. Görünür, Bakinskinin eləmədiyini Beyləqanski edə bildi…Musavat.com

Son xəbərlər

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Bütün xəbərlər