Məmur oğlu jurnalisti ölümlə hədələdi: ”Sənə bıçağı soxub ölənə qədər…” – MESAJLAR














Orta məktəbdə şagirdlərin məmur oğluna məxsus hazırlıq kursuna aparılması münaqişəyə səbəb olub. Jurnalistlə hazırlıq kursunun rəhbərinin mübahisəsi sonda ölümlə hədələmə dərəcəsinə qədər gərginləşib.
Jurnalist Murad Musayev Criminal.az saytına açıqlamasında bildirdi ki, münaqişə bir neçə gün öncə Ağdaş rayon Qaradağlı kənd orta məktəbində təhsil alan bacısı uşaqlarının hər birindən hazırlıq kursu üçün 3 manat yiğılmasından başlayıb.
M.Musayev iddia edir ki, şagirdlərdən ”sınaq imtahanı” adı altında pul yığılması gəlir əldə etmək üçün məqsədli plandır: ”Bacım qızı mayın 27-də “sınaq imtahandan” qayıtdıqdan sonra imtahan kitabçasına baxdıqda gördüm ki, imtahan Ağdaş rayon təhsil şöbəsinin müdiri Hürü Əliyevanın oğlu Rəhman Cəfərlinin rəhbərlik etdiyi “Dilək kursları”nda təşkil olunub. Belə olan halda imtahan vərəqəsinin şəklini də çəkib sosial şəbəkədə paylaşım etdim. Bu paylaşmı görən kurs rəhbəri mənə whatsapp sosial şəbəkə vasitəsi ilə ünvanıma nalayiq söyüşlər söyməyə, hədə-qorxu mesajları şərəf ləyaqətimi alçaldan söyüşlər söydü. Onu bir neçə dəfə etikaya dəvət etsəmdə onun kurs rəhbəri olduğunu və özünü tutduğu vəzifəyə layiq aparmağını söyləsəm də, o söyüş və təhqirlərə davam etdi”.

Hürü Əliyeva və oğlu Rəhman Cəfərov
”O əsəbi vaxtımda qabağıma çıxsaydı məhv edərdim”
Rəhman Cəfərov Criminal.az saytına bildirdi ki, M.Musayevlə münaqişəsi onun rəhbərlik etdiyi kursa qarşı qərəzli olmasıdır: ”Anam rayon təhsil şöbəsinin müdiridir. Biz məktəblərə məlumat veririk, sınaq imtahanları keçiririk. Sınaq pulu adından pul yığılması ilə razılaşmıram. Muradla mesajlarım isə şəxsi yazışmalarımdı. O əsəbi vaxtımda qabağıma çıxsaydı məhv edərdim. Mesaj da yazmışam ki, gəl söhbət edək. Muradın aramızdakı yazışmalarımızı mətbuata ötürməsi düzgün deyil. Mən ondan şikayət edəcəm ki, müəllif hüququm var, məndən icazəsiz mesajlarımı göndərir sizə. Yazdığım mesajı düz yazmışam. Dilək kurslarının qanunsuz olduğunu yazır. Amma bizim kurslar qanuni fəaliyət göstərir. Məktəb direktorlarına təzyiq etmirəm. Kimin pulu yoxdursa sınağa gəlməsin, məcburi deyil”.
Şöbə müdiri: Siz istintaq edirsiniz məni?
Təhsil Şöbəsinin müdiri Hürü Əliyeva Criminal.az saytına bildirdi ki, şagirdlər hazırlıq kurslarına könüllü şəkildə gedirlər. Onların məcburi şəkildə aparılması yalandır. Şöbə müdirinin sözlərinə görə, hazırlıq kurslarına elanların məktəblərdə paylanması qadağandır: ”Ağdaşda bir neçə tədris mərkəzi var. Mənim oğlumun kursu ilə üzbəüz olan mərkəzə daha çox adam gedir. Elan verilir, şagirdlər də xəbər tutub gedirlər. Uzağı məktəbin qapısında şagirdlərə məlumat verilir. Uşaqlar dərsdən sonra sınağa gedirsə bunun nə ziyanı var ki?”.
Oğlunun jurnalisti ölümlə hədələməsinə gəlincə H.Əliyeva bildirdi ki, kimin Rəhmandan şikayəti varsa məhkəməyə müraciət etsin: ”Rəhman heç kimə zəng etməyib, heç nə yazmayıb. Kimsə yəqin onun adından yazıb. Hesab edirəm ki, bu quramadır. Siz istintaq edirsiniz məni? Çox şikayətçi ola bilər. Mən də kimdənsə şikayət edə bilərəm. Getsin məhkəmədə problemini həll etsin”.

Məmur oğlu jurnalisti ölümlə hədələdi: ”Sənə bıçağı soxub ölənə qədər…” – MESAJLAR


Məmur oğlu jurnalisti ölümlə hədələdi: ”Sənə bıçağı soxub ölənə qədər…” – MESAJLAR

Məmur oğlu jurnalisti ölümlə hədələdi: ”Sənə bıçağı soxub ölənə qədər…” – MESAJLAR


Məmur oğlu jurnalisti ölümlə hədələdi: ”Sənə bıçağı soxub ölənə qədər…” – MESAJLAR

Məmur oğlu jurnalisti ölümlə hədələdi: ”Sənə bıçağı soxub ölənə qədər…” – MESAJLAR

Məmur oğlu jurnalisti ölümlə hədələdi: ”Sənə bıçağı soxub ölənə qədər…” – MESAJLAR

Məmur oğlu jurnalisti ölümlə hədələdi: ”Sənə bıçağı soxub ölənə qədər…” – MESAJLAR

Son xəbərlər

Avropanın dörd ölkəsi İrana qarşı sanksiyaların ləğvini nəzərdən keçirirlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Bütün xəbərlər