dunya
4.06.2018
Türkiyədə PKK terrorçularının hücumu nəticəsində 3 hərbçi həlak olub

Türkiyənin İraqla həmsərhəd Hakkari əyalətində PKK terrorçularının hücumu nəticəsində 3 hərbçi həlak olub, daha ikisi isə yaralanıb. APA-nın xəbərinə görə, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının məlumatında bildirilir. Terrorçuların hücum zamanı tank əleyhinə silahdan istifadə etdiyi bildirilir. Yaralıların həyatına təhlükə yoxdur.


