hadise
5.06.2018, 03:14
Binəqədidə çayxana yandı

Bakıda yanğın hadisəsi qeydə alınıb.
"dogruxeber.tv"in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhərinin Binəqədi rayonunda parkın ərazisində ümumi sahəsi 60 m² olan tikilinin (çayxana kimi fəaliyyət göstərib) yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.


