idman
6.06.2018
Məmmədyarov oyunu qabaqcadan danışıb? - Rəqibindən açıqlama

Şahmat üzrə dünya çempionu Maqnus Karlsen azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovu rusiyalı Sergey Karyakinlə danışılmış oyunlar keçirməkdə ittiham edib.
"dogruxeber.tv" Rusiya mediasına istinadən xəbər verir ki, Karlsenin bu iddiasına Karyakinin cavabı gecikməyib. O, TV2-yə müsahibəsində "Razılaşdırılmış oyun? Əlbəttə, yox. Biz Şəhriyarla dost olsaq da, oyun zamanı rəqibik. Biz hər ikimiz qalib gəlməyə çalışırdıq" deyib.
Xatırladaq ki, Stavanqer superturnirində Şəhriyar Məmmədyarov ağ fiqurlarla Sergey Karyakinlə III tur qarşılaşmasını 28-ci gedişdə heç-heçə ilə başa vurub. Karlsen oyundan sonra Məmmədyarovla Karyakinin danışılmış oyun apardıqlarını bildirmişdi.


