Məmur bir maşın zibili İcra Hakimiyyətinin binası qarşısına boşaltdı – Göyçaydan ŞOK FOTOLAR















Göyçayda zibil üstündə icra başçısı ilə “komxoz”un müdiri Loğman Əliyevin arasında böyük qovğa yaşanır.

Əziyət çəkən isə sadə göyçaylılar, məktəblilərdir. “Komxoz”un müdiri bu gün rayon ərazisindən yığılan zibilləri İcra Hakimiyyətinin qarşısındakı yola və 3 saylı məktəbin qarşısına boşaldıb. Ətrafı üfunət bürüyüb.

Məktəbdə təhsil alan uşaqların valideynləri başcı ilə Loğman Əliyev arasında kı, qovğanın pul probleminə, şəxsi münasibətlərin kəskinləşməsinə söykəndiyini deyirlər. Onlar zibillərin məktəbin qarşısında qalaqlanmasına etiraz edir, uşaqlarının xəstəliyə tutula biləcəklərindən ehtiyat edirlər. Loğman Əliyev zibilləri həmin əraziyə boşaltmaqla zibil daşınmasına görə aylarla ləngidilən pulların hesablarına köçürülməsinə nail olmaq istəyir. Pulları isə hesaba köçürməyən Rayon İcra Hakimiyyətidir.

Sakinlər deyirlər ki, az əvvələ qədər Loğman Əliyev icra başçısı Mehdi Səlimzadənin önəm verdiyi kadrlardan olub. Hətta Mehdi Səlimzadə başcı təyin olunandan sonra Loğman Əliyevi rayonda rəhbər işçilərə nəzarət etmək üçün yaradılan komisiyanın rəhbəri təyin edib. Beləcə Göyçay Kommunal Təsərrüfat Birliyinin müdiri rayon Təhsil Şöbəsi, Qaz İstismarı İdarəsi, Gigiyena və Epidemologiya İdarəsi və digər dövlət qurumlarını yoxlamaq səlahiyyəti də qazanıb.

Gələn məlumatlar deməyə əsas verir ki, başcı ilə Loğman Əliyevin arasında yaranan zibil qovğasının kökləri dərindir. Başcının ətrafı da hər addımda Loğman Əliyevin üzərinə yerimək fürsətini əldən vermirlər. Belə ki, başçının Səməd adında qardaşı oğlu da bir müddət əvvəl Loğman Əliyevə hamının qarşısında ağır sözlər deyib. Səməd məişət pozğunluğuna görə Bakıda 5 bıçaq zərbəsi almış və ölümcül vəziyyətdə evlərinə gətirilərkən ayılmış şəxs kimi xarakterizə olunur.

Mehdi Səlimzadə başçı təyin olunandan sonra qardaşı oğlunu ilk olaraq H.Əliyev adına Gənclər və İdman mərkəzinə müdir təyin edib. Burada bir neçə ay işlədikdən sonra başçı onu İcra Hakimiyyətinin Hüquq şöbəsinə müdir vəzifəsinə aparıb. Yerinə isə uzun müddət rayonda bazarda kulok satan Səmədin yeznəsi Famil adlı qardaşının kürəkənini müdir təyin edib. Səməd bir müddət əvvəl özünə son model “BMW” markalı maşın alıb. Az 99 SC 999 nömrə nişanlı maşını Loğman Əliyevə göstərib və həmin vaxt digər məmurlardan fərqli olaraq “komxoz” müdiri maşına bəxşiş verməyib. Bu isə Səmədin xoşuna gəlməyib.

Loğman Əliyevə hamının içində “deyəsən bərk gedirsən, gəldiyin yer üçün darıxmısan” deyib. Loğman Əliyev bir neçə ilə əvvəl xuliqanlığa görə həbs olunub və sonradan bəraət alıb. Səmədin Loğman Əliyevin həbsini nəzərdə tutaraq onun üstünə getməsi tərəflərin bir-birinə nalayiq söyüşlər yağdırması ilə nəticələnib. Mehdi Səlimzadənin rayonda özü üçün bazar tikdirdiyi və tikintiyə Loğman Əliyevin köməklik etməməsi səbəbindən tərəflərin münasibələrinin kəskin olduğu deyilir. Loğman Əliyevin Mehdi Səlimzadə yeni başçı təyin olunandan sonra rayondakı qonaq evinin yenidən təmirinə 30 min manat xərcləməsi xəbəri də var. Rayon sakinləri ölkə rəhbərliyindən xahiş edirlər ki, prezidentlə qohum olduğunu həmişə ön plana çəkən Mehdi Səlimzadə və onun harınlamış qardaşı uşaqlarının hegemonluğundan xilas etsin. (cumhuriyyət)


Məmur bir maşın zibili İcra Hakimiyyətinin binası qarşısına boşaltdı – Göyçaydan ŞOK FOTOLAR

Məmur bir maşın zibili İcra Hakimiyyətinin binası qarşısına boşaltdı – Göyçaydan ŞOK FOTOLAR

Məmur bir maşın zibili İcra Hakimiyyətinin binası qarşısına boşaltdı – Göyçaydan ŞOK FOTOLAR

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər