dunya
8.06.2018
Kraliçanın 33 yaşlı bacısı özünü öldürdü

Hollandiyanın kraliçası Maksimanın kiçik bacısı, 33 yaşlı İnes Zorreqieta Argentinadakı evində ölü tapılıb.
"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, Hollandiyanın Argentinadakı səfirliyindən verilən məlumata görə, İnesin intihar etdiyi düşünülür. Kraliçanın bacısı depressiyadan əziyyət çəkirmiş və psixi problemləri olub.
İnes özü də psixoloq olub və o, prezident administrasiyanın sosial-siyasət ofisində çalışıb. O həm də Maksimanın 11 yaşlı qızı şahzadə Arianın xaç anası olub.
47 yaşlı kraliça hazırda bütün görüşlərini təxirə salaraq vətəni Argentinaya yola düşüb.


