idman
10.06.2018
“Canımızı qoyduq” - Maksim Medvedev

Azərbaycan milli komandasının futbolçusu Maksim Medvedev Latviya yığmasına səfərdə 3:1 hesabı ilə qalib gəldiyimiz yoldaşlıq görüşü haqda düşüncələrini bölüşüb.
"Qafqazinfo" xəbər verir ki, millinin vitse-kapitanı olan təcrübəli müdafiəçi fərqləndiyi matçda əzmkarlıq göstərmələrini ön ölana çəkib: "Qazaxıstan məğlubiyyəti bizim üçün dərs oldu. Həmin səhvləri etmədik. Canımızı qoyduq. Sona qədər vuruşduq və ən əsası, qolları vura bildik”.
Xatırladaq ki, Maksim Riqadakı qarşılaşmada hesabı açıb.


