“Ya səni məhkəməyə verəcəyik, ya da…” – Aprel döyüşlərində ayaqlarını itirən qazinin kredit problemi













Aprel döyüşlərində böyük qəhrəmanlıq nümayiş etdirən və düşmənin 40-dan çox canlı qüvvəsini məhv edən qazi Mənəfov Səməndər Müqavimət oğlu çıxılmaz vəziyyətdə qalıb.
Yenicag.az xəbər verir ki, 2015-ci ildə ev almaq məqsədi ilə Azərbaycan Beynəlxalq Bankından 15 min manat kredit götürən Mənəfov Aprel döyüşlərində minaya düşüb, ayağını itirdikdən sonra onu ödəməkdə çətinlik çəkib.

Bu barədə saytımıza Mənəfov Səməndərin özü açıqlama verib:

“2015-ci ildə ev almaq məqsədi ilə Beynəlxalq Bankdan 15 min manat kredit götürdüm. 2016-cı ildə döyüşdə yaralanmamışdan öncə bir il ərzində krediti vaxtı-vaxtında ödəmişəm. Hər ay 600 manat verirdim. Tərxis olunana qədər kartımdan pul çıxılıb. Lakin məlum səbəblərdən sonradan krediti ödəyə bilmədim. Heç kim heç nə demirdi. Sonradan işə düzəldim. Yenə başladılar pulu tutmağa. Getdim Beynəlxalq Banka, öyrəndim ki, məbləğ şişib 26 min manat olub. Məbləğin üstünə faizlər gəlib. Sonradan mənim kreditim “Aqrarkredit” Səhmdar Kredit Təşkilatına yönəldildi. İndi isə faizlər silinib, məbləğ 14 min manat olub. Mənə zəng etdilər ki, nə etmək fikrin var? Mən də “ödəyə bilmirəm” dedim. Dedilər, məsələyə baxacağıq, ya səni məhkəməyə verəcəyik, ya da ödəniş zaminlərindən tutulacaq. Kreditin bağışlanıb-bağışlanmaması sual olaraq qalır. Bunun üçün bir sıra aidiyyatı qurumlara müraciət etmişəm, amma bir xeyiri yoxdur”.

Məsələ ilə bağlı “Aqrarkredit” Səhmdar Kredit Təşkilatı ilə də əlaqə saxladıq. Özünü Ağamir kimi təqdim edən “Aqrarkredit”in rəsmisi soyadını açıqlamasa da, məsələyə qısa-konkret münasibət bildirib bizimlə sağollaşdı:

“Kredit faizlə verilir. Kreditin öz qaydaları, prinsipləri var. Bu, bütün dünyada belədir. Bankın kiməsə güzəştə getməsi isə daxili qaydalara aiddir. Qoy həmin şəxs müraciət etsin, ondan sonra məsələyə baxsınlar. Biz dövlət təşkilatıyıq”.

Bundan başqa Aprel döyüşlərində iki ayağını itirən qazinin nəqliyyat problemi də var. O, dəfələrlə Sosial Müdafiə fonduna müraciət etsə də, müsbət cavab ala bilməyib: “Əslində, mənə əlillər üçün nəzərdə tutulan avtomobil verilməlidir. Çünki nə piyada gəzə, nə də avtobusdan istifadə edə bilirəm. Sosial Müdafiə Fonduna müraciət etsəm də, məni növbəyə götürən yoxdur. Dəfələrlə qəbulda olmuşam, amma bunların heç biri fayda verməyib. Bəhanə gətirirlər ki, avtomobil növbəsi dayandırılıb. Baxıram siyahıya ki, 2018-ci ildə növbəyə adam götürüblər, amma məni qeydə almırlar. Ya pul istəyirlər, ya da bilmirəm…”

Qeyd edək ki, 1990-cı ildə Kürdəmirin Xınıslı kəndində anadan olan Səməndər Mənəfov 2004-cü ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olub. 2007-ci ildə liseyi bitirən Mənəfov, təhsilini Heydər Əliyev adına Hərbi Akademiyada davam etdirib.

O, 2011-ci ildə Ali Hərbi Məktəbi baş leytenant rütbəsilə bitirərək N saylı hərbi hissəyə təyinat alıb. 2012-ci ildə isə Xüsusi Təyinatlı Qüvvələrin kursuna qatılıb, 6 aylıq kursu uğurla bitirərək, XTQ sıralarına qoşulub. Türkiyədə sərbəst paraşüt kursunu uğurla tamamlayıb.

2013-cü il iyunun 24-də Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin əmrilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı, eyni zamanda da Azərbaycan Respublikasının Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin əmrilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib. Düşmənin hücumunun qarşısını aldığına və xeyli canlı qüvvəsini məhv etdiyinə görə Azərbaycan Respublikası prezidenti adından qiymətli hədiyələrlə mükafatlandırılıb.

Son xəbərlər

Avropanın dörd ölkəsi İrana qarşı sanksiyaların ləğvini nəzərdən keçirirlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Bütün xəbərlər