İki uşaq anasını maşınla vurub, öldürən sürücü niyə gizlədilir…













Bakıda baş verən dəhşətli qəza ilə bağlı bəzi müəmmalı məqamlar ortaya çıxıb. Qəza zamanı dünyasını dəyişən qadının ailəsi narazıdır. Çünki sürücünün adı açıqlanmır.

Musavat.com xəbər verir ki, iyunun 9-da Heydər Əliyev prospektində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1982-ci il təvəllüdlü İmaməliyeva Lalə Salman qızı yolu keçərkən avtomobillə vurulub. 2 azyaşlı uşaq anası olan Lalə İmaməliyeva aldığı xəsarətlərdən elə hadisə yerində dünyasını dəyişib.

Məlumata görə, qəzanı törədən avtomobil “Opel” markalı maşın olub. Hadisə şahidlərinin dediyinə görə, avtobomilin sürəti yüksək olduğundan piyada bir neçə metr hündürlüyə qalxaraq yerə çırpılıb. Bildirilir ki, sürücü hadisə yerindən qaçmayıb, maşından düşərək qadına köməklik göstərib.

Məlumata görə, hadisənin baş verdiyi ərazidə piyada xətti və piyada keçidi olmadığından hər gün insanlar həmin yoldan istifadə edərək böyük təhlükə ilə üz-üzə qalırlar. Ancaq hadisə baş verən zaman, saat 9 radələrində orada yolu tənzimləyən polis əməkdaşı olub. Polis əməkdaşı həmin zaman yolda avtomobillərin dayanmasına işarə edib.

Yolun solu ilə hərəkət edən avtomobillər dayansa da, sağ tərəflə hərəkət edən “Opel” markalı maşın sürətini azaltmayıb və yola davam edib. Bu zaman avtomobillərin dayandığını düşünən Lalə İmaməliyeva yolu keçmək istəyib. İki avtomobilin qarşısından keçsə də sağ zolaqda maşınla vurulub.

Lalə İmaməliyevanın ailə üzvləri musavat.com-a bildiriblər ki, fakt üzrə cinayət işi Nizami Rayon Polis İdarəsində başlanılıb. Onlar qeyd edib ki, işi araşdıran müstəntiq Elşən Bədirzadə qəzanı törədən sürücünün saxlanıldığını deyib. Lakin bir neçə gün sonra məlum olub ki, sürücü sərbəst buraxılıb.

Mərhumun ailə üzvləri bildiriblər ki, sürücünün kimliyi barədə onlara heç bir məlumat verilmir: “Biz bilmirik ki, qəzanı törədən sürücü kimdir. Biz onun adını öyrənmək istəsək də, heç bir məlumat verilmir. Saxlanılan şəxsin həmin sürücü olub-olmadığı bilinmir. Biz bu suallara cavab almaq üçün Daxili İşlər Nazirliyinə də müraciət etmişik. Hətta müstəntiq bizə söylədi ki, qəzanı törədən sürücü barəsində həbs-qətimkan tədbiri seçilib və Bakı İstintaq Təcridxanasına – Kürdəxanıya köçürülüb. Lakin biz yas mərasimi ilə məşğul olarkən onu azadlığa buraxıblar. Heç bir səbəbsə göstərilmir”.

L.İmaməliyevanın yaxınları deyir ki, hazırda müstəntiqlə əlaqə saxlamaq mümkün deyil. İş günü olmadığından rəsmi qurumlarla da əlaqə saxlamaq mümkün deyil. Əlavə məlumat verməyə çalışacağıq.

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər