Azərbaycanlıların qatili olan erməni generala daha bir şok: oğlu da istefa verdi – VİDEO













Ermənistan Milli Təhlükəsizlik Xidmətinin saxladığı deputat, general Manvel Qriqoryanın oğlu Karen Qriqoryan mer vəzifəsindən istefa verib.
Modern.az xəbər verir ki, Vaqarşapat şəhər meri Karen Qriqoryan özü Facebook sosial şəbəkəsindəki səhifəsində bu haqda yazıb: “Mən – Karen Qriqoryan, öz xahişimlə istefa verirəm”.
Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti general Manvel Qriqoryanı ötən gün saxlayıb.
Bu hadisə ilə əlaqədar iki cinayət işi çərçivəsində eyni zamanda axtarışlar aparılıb, nəticədə xeyli sayda qanunsuz saxlanılan silah-sursat tapılıb:
“Erkrapa” kümüllü veteranlar ittifaqının sədri, general-deputat Manvel Qriqoryan digər şəxslərlə əvvəlcədən əlbir olaraq, qanunsuz silah-sursat əldə edib və saxlayıb. Axtarış işləri çərçivəsində, generala məxsus bağ evində, digər yerlərdə xeyli sayda silah-sursat tapılıb. Manvel Qriqoryan Konstitusiyanın 96-cü maddəsinə uyğun olaraq, ölkə prezidentinə deputatın saxlanıldığı barədə dərhal məlumat verilib.
Son günlər onun oğlunun mer vəzifəsindən getməsi tələb olunsa da, ata-bala buna dirəniş göstərirdi.
General Manvel Qriqoryan Ermənistanda həddən artıq nüfuzlu şəxs sayılır. O, Qarabağ müharibəsi zamanı Cəbrayıl və Füzuli istiqamətlərində Azərbaycana qarşı döyüşüb. Qriqoryan xüsusilə Füzulidəki soyğunçuluğu və azərbaycanlılara qarşı qəddarlığı ilə seçilib.
Bu arada Ermənistan Milli Təhlükəsizlik Xidməti general Manvel Qriqoryana məxsus mülkdə və istirahət zonasında aparılmış axtarışın nəticələrini də təqdim edib.
Axtarış bu iş üzrə başlanmış Cinayət Məcəlləsinin 235-ci maddəsi (qanunsuz silah dövriyyəsi) çərçivəsində aparılıb.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, M.Qriqotyana məxsus istirahət zonası silah anbarına çevrilib, orada onlarla retro və müasir avtomobillər, motosikletlər və aeroxizəklər tapılıb. Aşkarlana bir neçə xizəkli-tırtıllı avtomobillər 2016-cı ilin aprel müharibəsi zamanı ordu üçün nəzərdə tutulubmuş. Burada həmçinin Rusiya erməni icmasının Ermənistan ordusuna hədiyyə etdiyi təcili yardım maşını və digər texnikalar da üzə çıxıb. Məlum olub ki, Manvel Qriqoryan həmin maşınları öz qohumlarının adlarına rəsmiləşdirməklə xüsusi avtopark yaradıb.
Generala məxsus bağın ərazisində ərzaq anbarı, dərman deposu, hərbi geyimlər, külli miqdarda “əsgər payı” tapılıb.
Məlum olub ki, tapılan mallar əslində 2016-cı ilin aprel müharibəəsi zamanı ön cəbhəyə göndərilməliymiş
Tapılan şeylərin arasında vətəndaşlar tərəfindən ön cəbhəyə göndərilməsi üçün verilmiş çoxlu sayda qatılaşdırılmış süd, makaron, konservləşdirilmiş ət və kartof, tomat pastası, gigiyena əşyaları da aşkarlanıb.
Axtarış zamanı Manvel Qriqoryanın malikanəsində 79 tüfəng, 39 tapança, 12.300 ədəd müxtəlif çaplı patron müsadirə edilib.
Generalın malikanəsində xüsusi zooparkın olduğu, orada pələng, ayı, dəvəquşuların saxlanıldığı, cıdır meydanının yaradıldığı da müəyyənləşdirilib.
Məlum olub ki, Manvel Qriqoryan aprel müharibəsi günlərində əsgərlər üçün nəzərdə tutulmuş ərzağı öz zooparkının heyvanlarına yedizdirirmiş.


Son xəbərlər

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Bütün xəbərlər