Beyləqan meri icra başçısının gedəcəyi günü niyə sevinclə gözləyir?













Bakir Balakişiyev Vaqif Abdullayevin işdən çıxarılacağını səbirsizliklə gözlədiyi bildirilir Beyləqandan cumhuriyyət.az–a daxil olan məlumata görə icra hakimiyyətinin şəhər üzrə nümayəndəsi Bakir Balakişiyev icra başçısı Vaqif Abdullayevin vəzifəsindən azad olunacağı günü həddindən artıq səbirsizliklə gözləyir. Aldığımız məlumata görə şəhər meri ən yaxın ətrafı ilə keçirdiyi məclislərdə Vaqif Abdullayevin yaxın həftələrdə vəzifəsi ilə vidalaşacağını dilə gətirərək, ondan qurtulacaqlarını sevinlə müjdələyir. Şəhər merininin icra başçısının işdən çıxarılmasını bu qədər istəməsi isə çox maraqlıdır.Çünki Bakir Balakişiyevi Beyləqan meri vəzifəsinə məhz Vaqif Abdullayev təyin edib və rayonda hər kəs onun başçının “sevimli” kadrlarından biri olduğunu yaxşı bilirlər.

Ancaq son aylar şəhər meri Bakir Balakişiyev Vaqif Abdullayevin vəzifədən getməsi üçün saatlarla dua edir desək yanılmarıq. Məsələ ilə bağlı cumhuriyyet.az-a verilən məlumatda vurğulanır ki, şəhər merinin icra başçısına qarşı incikliyinin arxasında Vaqif Abdullayevin Bakir Balakişiyevi yaxına buraxmamasıdır. Bununla bərabər şəhər meri rayonun təmir-tikintisi zamanı iş görən bəzi şirkətlərlə gizli şəkildə anlaşaraq dövlət büdcəsindən xeyli miqdarda vəsait mənimsəyib. Beyləqan şəhər icra nümayəndəliyində işləyən və adının açıqllanmasını istəməyən şəxsin iddiasına görə Bakir Balakişiyevin gizli şəkildə həyata keçirtdiyi korrupsiya maxinasiyalarının bəzilərindən Vaqif Abdullayev xəbər tutub. Ancaq şəhər merinin əsas mmaxinasiyasının hələki üzə çıxmayıb. Bu maxinasiya isə Beyləqan şəhər küçələrinə qoyulan asfalt örtüyüdür. Həmin asfaltlanma prosesində Bakir Balakişiyev işi öhdəsinə götürən şirkətlə gizli şəkildə iş birliyinə gedərək külli miqdarda yeyintilərə yol verdiyi deyilir. Məhz bu işlərin üzə çıxmağından və icra başçısının qəzəbinə tuş gəlməkdən qorxuya düşən Bakir Balakişiyev ümidini bağlayıb ölkə prezidentinin Vaqif Abdullayevi işdən çıxartmasına. Məlumatda vurğulanır ki, Bakir Balakişiyev tez-tez Beyləqandakı bəzi “demoqoqlarla” gizli şəkildə toplantı keçirərək onları rayon rəhbərliyi haqqında müxtəlif saytlara məlumatlar ötürmələri ilə bağlı təlimatlandırır. Qeyd edək ki, növbəti yazımızda Bakir Balakişiyevin Beyləqan şəhər küçələrindəki asfalt maxinasiyası ilə bağlı ətraflı məlumat verəcəyik.

Son xəbərlər

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Bütün xəbərlər