Beyləqanda icra başçısı iş adamını niyə özünə köməkçi təyin etdi?













Bir neçə gün öncə Beyləqan rayon icra başçısının müəmmalı köməkçi təyinatı haqda yazmışdıq

“Beyləqan icra başçısının köməkçisi kimdir: Bir müəmmanın izi ilə…” başlıqlı yazımızda bildirmişdik ki, icra hakimiyyətinin rəsmi internet saytında başçının köməkçisi kimi Məmmədov Tofiq Canbaxış oğlu göstərilib.

Amma bu işin real icraçısı başqa bir şəxsdir. Beyləqandan cumhuriyyet.az-a daxil olan məlumata görə rayon icra başçısı Vaqif Abdullayev “Veteks” MMC – nin sahibi Vüqar Aslanovu özünə köməkçi təyin edib. Ağcabədi rayonundan olan iş adamı Vüqar Aslanov Beyləqan rayonunda icra hakimiyyətinin təmir- tikinti işləri ilə məşğul olurdu. Son 3 ildə rayonda icra hakimiyyətinin xətti ilə həyata keçirilən bütün təmir işlərini iş adamının şirkəti həyata keçirib.

Rayon icra hakimiyyətindəki mənbənin cumhuriyyet.az-a verdiyi məlumatda bildirilir ki, Vaqif Abdullayev iclaslarada idarə və müəsissə rəhbərlərinə hər hansı bir sözləri olarsa köməkçisi Vüqar Aslanova müraciət etmələri tapşırığını verib. Bildirək ki, bir müddət öncə ölkə mediasında “Veteks” MMC -nin sahibi Vüqar Aslanovla icra başçısı Vaqif Abdullayev arasında narazılığın yaranması barədə məlumat yayılmışdı. Həmin məlumatda vurğulanırdı ki, Vaqif Abdullayev Vüqar Aslanovu Beyləqan Suvarma Sistemləri İdarəsinin müdiri təyin etmək üçün ondan 120 min manat pul alıb. Sövdələşməyə görə Vüqar Aslanov idarə müdiri təyin edildikdən sonra icra başçısına əlavə 30 min manatda verməliymiş. Ancaq Meliorasiya və Su Təsərrüaftı ASC rəhbəri Vüqar Aslanovu Beyləqan Suvarma Sistemləri İdarəsinə müdir təyin etməkdən imtina edib. ASC rəhbərliyi təyinatın baş tutmamasının səbəbini isə Vüqar Aslanovun melorasiya sistemində işləməməsi ilə əlaqələndirib. Məlumatda qeyd edilirdi ki, idarə müdiri olmaq arzusu ürəyində qalan iş adamı icra başçısı Vaqif Abdullayevdən 120 manatını tələb etməyə başlayıb. Lakin icra başçısı ona başqa bir vəzifə verəcəyi vədini verərək aldığı pulu qaytarmaqdan imtina edib. İndi isə Vüqar Aslanovu özün köməkçi təyin edən Vaqif Abdullayev verdiyi sözün üstündə durub. İcra başçısı 120 min manatın əvəzinə iş adamına köməkçi vəzifəsi verib.

pia.az

Son xəbərlər

SON DƏQİQƏ! Bakının bu ərazisində yanğın oldu

70 milyard avroluq yardım Ukraynaya göndəriləcək

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Bütün xəbərlər