“Turizm cənnəti”ndə “cəhənnəm əzabı” – GİLEY













Uzun bayram tətilindən sonra rayonlarda dincələn bakılılar ictimai nəqliyyat çatışmazlığı ucbatından evlərinə qayıtmaqda böyük çətinlik çəkiblər.

Sputnik Azərbaycan-ın məlumatına görə, Bakıdakı avtobus çatışmazlığı problemi Qusar rayon mərkəzindəki avtovağzalda da müşahidə edilib.

Bir neçə günlüyə Bakıdan rayona valideynlərinin ziyarətinə gedənlər, geri qayıtmaq üçün faktiki olaraq nəqliyyat vasitəsi tapa bilməyiblər. Sərnişinlər uşaqlar və yol çantalarını əllərində saxlayaraq saatlarla avtobusların gəlişini gözləməli olublar. Nəhayət, avtobus gələndə də basabasla qarşılaşıblar.

Hamı avtovağzalı tərk etmək üçün yer tutmağa çalışıb. Çünki Qusarda heç adi günlərdə saat 16:00-dan sonra avtobus tapmaq mümkün deyil. Sərnişinlər onsuz da adətən heç kəsin yoxlamadığı biletin çatışmadığına məhəl belə qoymayıblar. Onsuz da bələdçilər sərnişinlərdən pulu nağd alırlar.

Sürücülər isə basabasdan istifadə edərək qəsdən vaxtında gəlməyiblər və sərnişinləri vaxtında mənzil başına çatdırmayıblar. Bundan başqa adamlardan 1 manat artıq biletpulu tələb ediblər, yəni 4 manat əvəzinə 5 manat alıblar (yeri gəlmişkən, xatırladaq ki, qəbul olunmuş tariflərə əsasən Bakıdan Qusara və əksinə 1 nəfər üçün gediş biletinin qiyməti 2 manat 80 qəpikdir).

Avtovağzalın sərnişinlərdən boşaldılmasına taksi sürücüləri kömək edib. Əlbəttə ki, özəl nəqliyyatda gediş qiymətləri də kifayət qədər bahadır (1 nəfərlik yer 10 manat), lakin hər halda saatlarla avtobus gözləməkdən yaxşıdır.

Belə qarışıqlıqda sərnişinlər hər yerdə antisanitariyanın hökm sürdüyünə də heç fikir verməyiblər. Avtovağzal binası Sovet İttifaqı dövründə inşa olunub və o vaxtdan da demək olar ki, təmir edilməyib. Hər yerdə avtovağzal tikiləndə salınmış asfalt örtüyü və səkilər dağılmış vəziyyətdədir. Hər yer toz-torpaq və zir-zibildən ibarət çirkab mənzərədən ibarətdir. Gözləmə zalı isə kifayət qədər uyğunsuzdur. Adamlara birinci mərtəbədə dayanıb avtobus gözləmək daha rahatdır, nəinki ağır çantaları pilləkənlə ikinci mərtəbəyə qaldırmaq. Odur ki, insanlar qışı-yayı saatlarla küçənin ortasında dayanıb öz reyslərini gözləyirlər. Qışda isə Qusarın isti olmadığı heç kəsə sirr deyil.

Məmurlara xatırlatmaq istəyirik ki, Qusar bölgəsi dövlət başçısı İlham Əliyevin bu yaxınlarda turizmi inkişaf etdirməyə dair təlimat verdiyi istirahət zonalarından biridir. Görünür, əcnəbilər hələ uzun müddət Azərbaycanın ən gözəl guşələrindən birinə getməyi unutmalı olacaqlar. Çünki hələ də bu rayonun mərkəzində vətəndaşlara normal xidmət etmək gücündə olmayan belə yararsız avtovağzal, yarıtmaz ictimai nəqliyyat mövcuddur. “Turizm cənnəti”ndə insanlara belə “cəhənnəm əzabı” yaşatmırlar, ey hörmətli məmurlar?!

Oxunub: 746

Son xəbərlər

Millimizin baş məşqçisi istefaya göndərildi

Ukraynaya 90 milyard avroluq kredit ayrıldı

Almaniyanın "Fortuna" klubu 28 futbolçusu ilə vidalaşa bilər

Azərbaycanın 5 vətəndaşı repatriasiya olundu

Suriyadan 5 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Ölkədə yeni dövlət rüsumu müəyyən EDİLİR

Gürcüstan ATƏT sədrliyinə namizədliyini təqdim edib

Edqars Rinkeviçsin şərəfinə rəsmi lanç verildi

Azərbaycanda zəlzələ olub

Gürcüstan və Ermənistanın müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə edib

Bakıda qətl törədən şəxsə ağır cəza istənildi

Prezidedent latviyalı həmkarını sülh prosesi barədə məlumatlandırıb

Bakıda şirkətdən 11 min manatlıq oğurluq edilib

55 mindən çox şagird imtahan verəcək

Azərbaycan-Latviya sənədləri mübadilə edildi

Hesablama Palatası Naxçıvan MSK-da dövlət vəsaitlərinin istifadəsində nöqsanlar aşkarlayıb

Barat Yusubov vəzifəsindən azad edildi

Sabahın havası AÇIQLANDI

FTX Müdafiə Nazirliyinə terror hücumunun qarşısını aldı

Liderlər mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan I rübdə Qarabağ və Şərqi Zənzəgura 386 milyon manat vəsait qoyub

“Kitab həmin dövrdə Latviyada geniş ictimai marağa səbəb olub”

Prezident İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Azərbaycan neftindən ŞAD XƏBƏR

Birbank Invest 9 ay ərzində 25 milyon dövriyyə edib

Birbank-da müraciətlərin 70%-ni süni intellekt cavablandırır

“Sabah”, yoxsa “Qarabağ”? – Finalçı bəlli olur

45 min iranlı evsiz qalıb

20 min uçuş ləğv edilir - Bu ölkədə

Latviya Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Bütün xəbərlər