siyaset
25.06.2018
Yavər Camalovu indi kim əvəz edir? – Səlahiyyətləri o icra edəcək

Xəbər verdiyimiz kimi, Müdafiə sənayesi naziri Yavər Camalov dünən vəfat edib. 69 yaşlı Y. Camalov uzun müddət ağır xəstəlikdən əziyyət çəkib və günorta saatlarında Bakıda evində səhhəti qəfil pisləşib və dünyasını dəyişib.
Azinforum.az-ın Unikal.org-a istinadən verdiyi məlumata görə, Y. Camalovu nazirin müavini Yəhya Musayev əvəz edir.
Qeyd edək ki, Y. Musayev Azərbaycan Prezidentinin 15 dekabr 2006-cı il tarixli Sərəncamı ilə müdafiə sənayesi nazirinin müavini təyin edilib.


