Aslan İsmayılova 3 il həbs tələbi – ”30 il də keçsə, üzr istəməyəcəm”








Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin “Viza” hüquq firmasının rəhbəri Aslan İsmayılova qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə iyunun 28-də davam etdirilib. Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyev liqvistik ekspertizanın nəticəsini elan edib. Ekspertiza A.İsmayılovun “Facebook” səhifəsində H.Hacıyev barədə paylaşdığı yazılarda təhqir elementlərinin olub-olmadığını müəyyənləşdirmək məqsədilə təyin olunmuşdu.

Ekspertizanın qərarına görə, həmin yazılarda təhqir xarakterli ifadələr yer alıb.

A.İsmayılovun Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cəzalandırılmasını tələb edən H.Hacıyev bildirir ki, hüquqşünas “Facebook”dakı yazılarında onun ünvanına “canlı”, “məxluq” kimi ifadələr işlədib, vəzifəli şəxsləri şantaj edib pul aldığını yazıb. Beləliklə də, onu həm təhqir edib, həm də böhtan atıb: “Deyir ki, guya mən Ziya Məmmədovdan, Cavid Qurbanovdan pul almışam. Bura gəlsinlər, görək ki, mən onlardan pul almışam, yoxsa bu yalan deyir”.

Bugünkü məhkəmədə A.İsmayılovun onun adını çəkmədən haqqında danışarkən yenə “canlı” deməsi H.Hacıyevi əsəbiləşdirib və o, buna görə hakim Azər Tağıyevi günahlandırıb. İddia edib ki, hakim bunun qarşısını almamaqla, onun söyülməsinə şərait yaradır.

H.Hacıyevə hakimin üstünə qışqırdığına görə xəbərdarlıq olunub.

Daha sonra məhkəmə istintaqının başa çatdığı elan olunub.

Çıxışlar mərhələsində H.Hacıyev və müdafiəçisi A.İsmayılovun 3 il azadlıqdan məhrum edilməsini, həmçinin onun üzərinə 100 min manat təzminat ödəmək və xüsusi ittihamçıdan üzr istəmək öhdəliyinin qoyulmasını istəyib.

Ardınca təqsirləndirilən hüquqşünasa son söz verilib. A.İsmayılov bildirib ki, heç bir cəza onu H.Hacıyevdən üzr istəməyə məcbur edə bilməz. İstənilən cəzaya hazır olduğunu deyən A.İsmayılov hakimi hökm çıxararkən hərtərəfli düşünməyə çağırıb. Bildirib ki, bu hökm tarixdə qalacaq: “30 il keçsə də, mən bu canlıdan üzr istəməyəcəm…”

Hakim hökmünü iyunun 29-da səhər saat 9.30-da elan edəcək.

Xural.com

Son xəbərlər

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Bütün xəbərlər